Page 350 - alberto moravia_Макет 1
P. 350
Alberto Moravia
– Nәdir onun adı?
– Sәn get bunu Anyezedәn soruş!
İndi artıq Filomenanın mәnә xәyanәt etdiyinә şübhәm yox
idi: heç demә, oynaşın adı da hamıya mәlum imiş! Fikirlәşdim:
“Yaxşı ki, çantamda ağır alәtlәrdәn heç biri yoxdur, yoxsa
qızmış beyinlә mәn o yaramazı cәhәnnәmә vasil edә bilәrәm”.
Yox, bu, mәnim ağlıma sığışmır, heç cür sığışmır: Filomena,
mәnim arvadım – başqasıyla…
Özümü әlüstü yetirdim Anyezenin atasının tütün dükanına.
Anyeze burada siqaret satırdı. Pulu piştaxtanın üstünә atıb dedim:
– İki qutu “Nasional”.
Anyezenin vur-tut on yeddi yaşı var; üzünün çәhrayı
pudrası әskik olmayan solğunbәnizli, dolusifәt qızdır. Saçları
cod, hәm dә buruq-buruqdur, gözlәri isә dәfnәgilas kimi
qapqara. Via del Koronaridә bu qızı tanımayan yoxdur;
anadangәlmә simicliyi isә hamı kimi, mәnә dә yaxşı mәlum
idi, bilirdim ki, pula görә lap canından keçәr.
Siqareti uzadanda ona tәrәf әyilib soruşuram:
– Hә, de görüm o qoçağın adı necәdir?
– Kimin adı? – tәәccüblә üzümә baxır.
– Arvadımın dostcuğazını soruşuram!
Qız mәnә aşkar tәlaşla baxdı – yәqin, bu vaxt sifәtim
nifrәtdәn әyilibmiş.
– Bilmirәm, mәn heç nә bilmirәm...
Hirsimi boğub, özümü zorla saxlayıram.
– De görüm… Onsuz da, hamı bilir, bilmәyәn bircә mәnәm.
Qız mәnә diqqәtlә baxıb başını buladı. İşi belә görәndә
әlimi cibimә salıb sәhәr qazandığım min lirәni çıxartdım.
– Bura bax, әgәr onun adını desәn, bu minlik sәninkidir.
Pulu görcәk qız elә hәyәcanlandı ki, sanki ona ürәyimi
açıb, eşq elan etmişdim. Dodaqları sәyrimәyә başladı, yan-
yörәyә baxıb pulu qamarladı, tez dә pıçıldadı:
– Mario…
350