Page 348 - alberto moravia_Макет 1
P. 348

Alberto Moravia

                Qolumu ondan zorla qoparıb pillәkәnlә aşağı cumuram,
            cavabını beş-üç pillә düşәndәn sonra altdan-yuxarı verirәm:
                – Nolub ki, bәyәm çәnәndә daha şıqqıldaq yoxdur?
                Adalciza mәhәccәrdәn aşağı әyilib dalımca qışqırır:
                – Sәn öz dәrdini çәk: çәnәdә şıqqıldaq olması başda
            buynuz olmasından yaxşıdır!
                Qanım it qanına dönmәdimi?!
                Filomenanın mәnә xәyanәt etmәsi sadәcә inanılmaz idi:
            evli olduğumuz üç ilin әrzindә ondan mehribanlıq vә nәvazişdәn
            başqa ayrı heç nә görmәmişәm. Amma gör qısqanclıq necә
            köpәkoğlu şeydir: Fede qarı vә Adalciza ilә söhbәtdәn sonra
            birdәn-birә gözümә xәyanәtin dәlil-sübutu kimi görsәnәn dә
            mәhz bu nәvaziş mәsәlәsi oldu.
                Cannina yaxınlıqda, qonşuluqdakı barda kassir işlәyir; elә
            bar da bizim via del Koronaridәdir. Qız sarışındır; hamar,
            dümdüz saçları var. Gözlәri o qәdәr mavidir ki, az qala,
            çinidәn seçilmir. Sakit, hәlim, ağlı başında olan dәrrakәli
            qızdır. Kassaya yaxınlaşıb pıçıltıyla soruşuram:
                – De görüm, bunu sәn uydurmusan ki, guya mәn evdә ol-
            mayanda Filomena qonaq qәbul elәyir?
                Hәmin vaxt o, müştәriyә xidmәt göstәrirdi.  Tәlәsәnә
            oxşamırdı; barmağını kassanın klavişinә toxundurub әvvәl
            çek vurdu, sonra sifarişi astadan tәkrarladı: “İki fincan qәhvә”.
            Yalnız bundan sonra üzünü mәnә tutub soruşur:
                – Cino, sәn nә deyirdin?
                Sualımı tәkrar edirәm. Pulun qalığını müştәriyә qaytarandan
            sonra qız mәnә nә cavab versә yaxşıdır:
                – Qulaq as, Cino, yәni mәn doğrudanmı әn yaxın rәfiqәm
            haqqında belә şeylәr uydura bilәrәm?
                – Onda belә çıxır ki, Adalciza yuxu görüb?
                – Yox, – qız qamәtini düzәltdi, – yuxu görmәyib… Amma
            bu sözü mәn özümdәn çıxartmamışam; mәn yalnız deyilәni
            demişәm, sadәcә ağızdan eşitdiyimi tәkrar elәmişәm!
                – Hә, әcәb rәfiqәsәn! Nә deyәsәn, daha sәnә sözüm yoxdur, –
            özümü saxlaya bilmәdim.


             348
   343   344   345   346   347   348   349   350   351   352   353