Page 344 - alberto moravia_Макет 1
P. 344
Alberto Moravia
anlamamışdım, amma indi başa düşürdüm ki, o, haqlıymış:
neçә vaxt idi ki, Rozettayla mәn dә ölü kimiydik – insanlar
bir-birinә şәfqәtlә yanaşmalı olduğu halda, biz bu hissdәn
mәhrum olmuşduq. Lakin son anda iztirab bizi xilas etdi,
demәli, Lazar haqqındakı hekayәt hәm dә bizә aiddir. Çünki
bizi laqeyd, kinli adamlara çevirmiş müharibәdәn yalnız
iztirabların sayәsindә yaxa qurtara bildik vә әvvәlki hәyatımıza
qayıtdıq. Әlbәttә, sәhvlәrimiz vә xәtalarımız da olur, amma
bu, yeganә hәyatdır ki, özümüzü rahat hiss edirik. Mikele
bizimlә birgә olsaydı, o da belә deyәrdi.
344