Page 341 - alberto moravia_Макет 1
P. 341
Çoçara
mәnim bu hәrәkәtimi görmәyib. Amma barmaqlarımı әtәyimә
silәndә gördüm ki, Rozetta mәnә baxır. Bildim ki, bayaqdan
mәnim hәrәkәtlәrimә göz qoyurmuş. Biz kabinәyә qalxıb,
sürücüylә yanaşı oturduq vә maşın yerindәn tәrpәndi.
Sürücü qabağa әyilib, ikiәlli sükandan yapışmışdı. Gözlәri,
az qala, hәdәqәsindәn çıxacaqdı, bәnizi tәbaşir kimi ağappaq
idi. Görünür, әmәlli-başlı qorxmuşdu. Mәnә isә qoynumda
gizlәtdiyim pullar rahatlıq vermirdi. Rozetta hәrәkәtsiz oturub,
gözünü yola zillәmişdi, üzünün ifadәsindәn heç nә başa düşmәk
olmurdu. Fikirlәşdim ki, biz üçümüz dә Rozario ilә çox pis
davrandıq: yolkәsәnlәr onu it kimi öldürdülәr, biz meyitini
yolun ortasında qoyub qaçdıq; italyan sürücü isә heç maşından
düşmәdi ki, görsün, Rozario ölüb, ya yox? Mәn onun pullarını
oğurlamış, öldüyünә әmin olmaq istәmişdim; Rozetta
ayaqlarından yapışıb, heyvan cәmdәyi kimi kәnara sürümüşdü.
Bizim heç birimizdә zәrrә qәdәr şәfqәt hissi yox idi; insan
ölmüşdü, amma bu, heç kәsin vecinә deyildi. Bir sözlә,
Konçettanın dediyi kimi, bu – müharibәydi vә mәn qorxurdum
ki, bu müharibә heç vaxt qurtarmayacaq, qurtarsa belә, ürәklәrdә
davam edәcәk.
Rozetta onunla hamımızdan betәr davranmışdı: axı vur-tut
yarım saat әvvәl yaxınlıq elәyirdilәr, birgә oturub-durur, birgә
yatıb-dururdular. İndi isә budur, qız hәrәkәtsiz oturub, özü dә
o qәdәr etinasız vә hissiyyatsızdır ki, gözündәn bir damcı yaş
da çıxmır. Elә bil ürәyi daşdandır. Hә, heç nә ürәyim istәyәn
kimi deyildi, hәr şey alt-üst olmuş, bir-birinә qarışmışdı. Әn
vacib şeylәr bir kәnarda qalmışdı, hamının başı gәrәksiz, xırda
mәsәlәlәrә qarışmışdı. Qәfildәn gözlәmәdiyim bir şey oldu:
dediyim kimi, üzündә heç nә ifadә olunmayan Rozetta birdәn-
birә oxumağa başladı. Әvvәlcә boğulurmuş kimi sakit, xırıltılı
sәslә oxuyurdu, get-gedә sәsi daha aydın, daha inamlı çıxmağa
başladı. O, bayaq mәnim xahişimlә oxumaq istәdiyi, amma
yarıda kәsdiyi mahnını oxuyurdu. Bu, iki il qabaq dillәrdәn
341