Page 345 - alberto moravia_Макет 1
P. 345

ROMA HEKAYӘLӘRİ


                                 MARİO

             Mәsәlә bu cür oldu. Sәhәr mәn yuxudan qalxanda Filomena
          hәlә yatırdı.  Alәtlәri götürüb barmaqlarımın ucunda evdәn
          çıxdım, via Qramşidәki Monte Parioliyә yollandım. Orada
          vanna otağının sobasını düzәltmәliydim. İş nә qәdәr vaxt
          aparardı? Uzaqbaşı, iki saat: köhnә borunu çıxarıb, yerinә
          tәzәsini taxmaq lazım gәlmişdi. İşi qurtarıb әvvәl avtobusla,
          sonra tramvayla geri qayıtdım, yәni via del Koronariyә –
          evim dә buradadır, emalatxanam da. İndi gәlin hesablayaq:
          demәli, iki saat Monte Pariolidә işә sәrf olundu, bir saat da
          yola – yarım saat o başa, yarım saat geriyә. Hamısı elәsin üç
          saat. Nә olan şeydir üç saat? Sizә deyim: bu hәm çoxdur, hәm
          dә az. Hәr şey şәraitdәn asılıdır. Qurğuşun borunu dәyişmәyә
          mәnim iki saat vaxtım getmişdi, başqaları isә bu müddәt
          әrzindә...
             Qoy hamısını ardıcıllıqla danışım. Demәli, via del Koronaridә
          tramvaydan düşüb, tәzәcә sәkiyә çıxmışdım ki, arxadan kiminsә
          sәslәdiyini eşitdim. Dönüb baxanda gördüm ki, üzbәüz evdә
          kirayә otaq verәn Fede qarıdır. Yazığın ayaqları podaqradan
          elә şişmişdi ki, elә bil fil ayağıdır.
             – Bu gün sirokko yaman güclüdür ha, – Fede qarı nәfәsi
                             1
          tәntiyә-tәntiyә dedi. – Evә gedirsәn? Sәbәti aparmağa kömәk
          etmәzsәn?
             Cavab verdim ki, böyük hәvәslә. Alәtlәri yığdığım çantanı
          o biri çiynimә aşırıb, sәbәti götürdüm. Yanaşı gedirdik, arvad
          ayaqlarını güclә sürüyürdü.
             – Bәs Filomena haradadır? – gedә-gedә birdәn soruşur.
             – Harada olmalıdı ki? – deyirәm. – Evdә.


          1 Sirokko – Cәnubi Avropada әsәn isti, quru külәk (tәrc.)

                                                              345
   340   341   342   343   344   345   346   347   348   349   350