Page 343 - alberto moravia_Макет 1
P. 343
Çoçara
– Yox, qohumumuz deyildi, – dәrhal cavab verdim. –
Alverçiydi, bizi pulla Romaya aparmağa söz vermişdi.
Sürücü daha bәrk qorxuya düşdü:
– Heç nә bilmәk istәmirәm… Mәn heç nә görmәdim, heç
nә bilmirәm, sizi Romada düşürәcәm, vәssalam, siz sağ, mәn
salamat; sizi heç vaxt görmәmişәm.
– Sәn soruşdun, mәn dә cavab verdim, – ona dedim.
– Hә, düz deyirsәn. Gәl belә danışaq: mәn heç nә
soruşmadım, sәn dә heç nә demәdin.
Nәhayәt, yaşıl düzәnliyin arxasında ağımtıl-sarı rәngli
zolaq göründü – bu, Romanın kәnarındakı qәsәbәydi. Hәmin
zolağın arxasında isә lap uzaqda müqәddәs Pyotr kilsәsinin
sanki boz sәmada süzәn qübbәsi görünürdü. Aylardır ki,
gündüz xәyalımda, gecә yuxumda bu doğma mәnzәrәni
görәcәyim günü arzulamışdım. Kilsә qübbәsi o qәdәr böyük
vә ehtişamlı idi ki, uzaqdan tәpә vә ya dağ kimi görünürdü.
Mәnimçün bu qübbә tәkcә Romanın yox, hәm dә bu şәhәrdә
keçirdiyim rahat, firavan xoşbәxt hәyatın simvolu idi. Uzaq
üfüqdә nәhәng kölgә kimi görünәn qübbә sanki mәni evә
sәslәyir, deyirdi ki, ümidini itirmәyә dәymәz, bu qәdәr ağrı-
acıdan sonra hәr şey yaxşı olacaq, hәyatın öz köhnә mәcrasına
düşәcәk. Mәndә bu әminlik Rozetta maşında ağlaya-ağlaya
mahnı oxuyandan sonra yaranmışdı. Әks halda, Romaya bir il
әvvәlki günahsız, mәsum qadınlar kimi yox, müharibәnin
oğruya vә fahişәyә çevirdiyi pozğun mәxluqlar kimi
qayıdacaqdıq.
İztirab! Hәsrәtlә gözlәdiyimiz bu gözәl gündә bizimlә ol-
mayan, bir daha heç vaxt görmәyәcәyimiz Mikeleni xatırladım.
Mikelenin Sant-Yeufemiyada bizә kitab oxuduğu vaxtlar
yadıma düşdü; bir axşam Mikele Lazar haqqında ibrәtli hekayә
oxudu, sonra heç nә başa düşmәdiklәrinә görә kәndlilәrә
acıqlandı, hirslә dedi ki, Lazar kimi, onlar da dirilmәyi gözlәyә-
gözlәyә ölüblәr. Onda Mikelenin nә demәk istәdiyini
343