Page 338 - alberto moravia_Макет 1
P. 338

Alberto Moravia


            sarı gedir; onlar isә nәsә qışqırır, onu tәhdid edirlәr. Rozario
            arxası bizә sarı dayanmışdı, amma onunla danışan sarışın
            kişinin üzünü aydın görürdüm. Onun әyri ağzının kәnarında
            iri sızanaq vardı. Sarışın nәsә dedi, Rozario cavab verdi;
            sarışın yenә nәsә dedi, Rozario cavab verdi; birdәn-birә sarışın
            onun yaxasından yapışdı. Rozario soldan-sağa hәrәkәt edәrәk,
            dartınıb onun әlindәn çıxdı vә dәrhal әlini şalvarının arxa
            cibinә apardı. Elә bu an dalbadal iki atәş sәsi eşidildi, fikirlәşdim
            ki, yәqin, atәş açan Rozariodur. Amma Rozario arxaya döndü,
            sanki maşına doğru gәlmәk istәyirdi; bir neçә addım atdı vә
            başını aşağı әyib qәfildәn dizi üstә çökdü. Әllәrini yerә
            dayayıb, bir müddәt belәcә dayandı, elә bil nә barәdәsә
            fikirlәşirdi; sonra böyrü üstә yıxıldı. Daha ona mәhәl qoymayan
            kişilәr maşına doğru yönәldilәr.
                Әlindә revolver tutmuş sarışın kişi kabinәnin içinә boylanıb
            ucadan әmr etdi:
                – Ey, düşün maşından! Cәld olun!
                O, boğuq sәslә danışır, revolverini yellәyirdi. Bu, bizi
            qorxutmaqdan çox, tәşәxxüs satmağa bәnzәyirdi. Digәr ikisi
            yola uzadılmış tiri götürürdülәr. Maşından düşmәkdәn savayı,
            çarәmiz yox idi.
                – Gәl düşәk, – Rozettaya dedim, – neylәyә bilәrik?
                Yenicә qapını açmaq istәyirdim ki, maşının pillәsindә
            dayanan sarışın yolda nәsә gördü, hәm dә yoldaşları ona nәsә
            işarә verirdilәr. Sarışın söyüş söydü vә yerә atılaraq, yoldaşlarına
            yaxınlaşdı. Sonra üçü dә qaçıb mantar ağaclarının arxasında
            gözdәn itdi. Rozarionun meyiti yolun ortasında qalmışdı.
            Kişilәr teleqraf dirәyini yolun kәnarına çәkmişdilәr.
                – İndi neylәyәk? – Rozettaya dedim.
                Elә bu vaxt yolda kiçik hәrbi maşın göründü. Maşında
            sürücü әsgәrdәn başqa, iki ingilis zabiti oturmuşdu. Onlar
            Rozarionun meyitini görüb, maşının sürәtini azaltdılar. Zabitlәr


             338
   333   334   335   336   337   338   339   340   341   342   343