Page 333 - alberto moravia_Макет 1
P. 333

Çoçara


          yaxırdı. Yol kәnarında sıralanmış ağacları toz basmışdı, maşın
          sürәtini azaldanda yarpaqların arasında gizlәnmiş cırcıramaların
          aramsız cırıltısı eşidilirdi. Cırcıramaların sәsini eşidәndә, tozlu
          yolu, hisli barıları, yoldakı peyin qalıqlarını dimdiklәyәn vә
          birdәn-birә qanad çalıb havaya yüksәlәn torağayları görәndә
          mәni ağlamaq tutdu. Bu, mәnim kәndim idi, mәnim doğma
          kәndim. Burada doğulub-böyümüş, aclıqdan vә müharibәdәn
          qaçıb, bura pәnah gәtirmişdim. Kәndim mәnә yaşlaşıb әldәn-
          ayaqdan düşmüş, amma yenә dә öz övladlarından kömәyini
          әsirgәmәyәn, hәr şeyi başa düşәn, bağışlayan xeyirxah ananı
          xatırladırdı. Doğrudur, kәndә bu dәfәki gәlişim heç dә yaxşı
          qurtarmadı; artıq dәyişib başqa adam olmuşdum, amma kәnd
          hәminki kәnd idi: yenә dә günәş nur saçır, mәnim buz bağlamış
          ürәyimdәn savayı, hәr yeri isidirdi. Cavan, şövqlü vaxtlarımızda
          cırcıramaların sәsi bizә nәğmә kimi gәlirdi, amma indi bu sәs
          qulaqlarımı cırmaqlayır, mәni tәngә gәtirirdi. Haçansa hisslәrimi
          coşduran, mәnә doğma gәlәn isti, quru toz iyindәn boğulurdum,
          sanki kimsә öz ağır әliylә ağız-burnumu tutmuşdu.
             Bu dәfә kәndim mәnә dönük çıxmışdı vә mәn Romaya
          bütün ümidlәrini itirmiş, mәyus, peşman adam kimi qayıdırdım.
          O qәdәr dәrdliydim ki, göz yaşlarımı saxlaya bilmirdim.
          Üzümü yana tutmuşdum ki, Rozetta vә Rozario ağladığımı
          görmәsinlәr. Buna baxmayaraq, qızım ağladığımı sezdi.
             – Niyә ağlayırsan, ana?
             Rozettanın sәsi o qәdәr mehriban, şәfqәtliydi ki, bir anlığa
          ümidlәndim; mәnә elә gәldi ki, möcüzә baş verib, qızım
          әvvәlki Rozettaya çevrilib. Başımı çevirib, cavab vermәk
          istәyәndә gördüm Rozetta әlini Rozarionun dizinin üstünә
          qoyub. Onların bir neçә dәqiqәdir ki, susub hәrәkәtsiz qalmasının
          sәbәbi indi mәnә çatdı. Mәnim qızım, gözüm önündәcә,
          oğlanla yaxınlıq elәmәk istәyirdi. Sәsindәki mehribanlıq vә
          mülayimlik dә buna görәymiş. Hәyasızlar, günün günortaçağı
          gör nә işlә mәşğuldurlar! Onlar vәhşi heyvan kimiydilәr,
          harada gәldi, necә gәldi cütlәşmәyә hazır olan çöl heyvanları
          kimi.


                                                              333
   328   329   330   331   332   333   334   335   336   337   338