Page 331 - alberto moravia_Макет 1
P. 331
Çoçara
Gözәl, günәşli yay günü idi, hava o qәdәr istiydi ki, torpaq
qupquru olmuş, tozla örtülmüşdü. Rozettayla samanlıqda
geyinib, yola çıxmağa hazırlaşırdıq, Rozario öz maşınında
bizi gözlәyirdi. O gün Rozetta evә sәhәr açılanda qayıtmışdı,
bilirdim ki, gecәni Rozario ilә keçirib. Sәhәr tezdәn sivişib,
içәri keçdiyini görsәm dә, heç nә demәmişdim. Çünki artıq
gücüm qalmamışdı, ürәyim qan ağlasa da, dilim söz tutmurdu.
Sonra özümü birtәhәr tarazlayıb, küncdә әl-üzünü yuyan
Rozettadan soruşdum:
– Bilmәk olarmı, gecәni harada keçirmisәn?
Gözlәyirdim ki, hәmişәki kimi nәsә mızıldanıb, mәni
başından elәyәcәk. Amma deyәsәn, bu dәfә fikrini dәyişmişdi.
Әl-üzünü qurulayıb, mәnә tәrәf döndü vә sakit, aydın sәslә
dedi:
– Gecәni Rozario ilә keçirdim, onunla yatdım. Mәndәn
hara getdiyimi, nә işlә mәşğul olduğumu soruşma. Bilirsәn,
mәn kişilәrlә vaxt keçirirәm, bu, mәnim öz işimdir. Bәli,
kişilәrlә vaxt keçirmәkdәn hәzz alıram, kişisiz qala bilmirәm,
qalmaq da istәmirәm.
– Bәs niyә Rozario? Bilirsәn Rozario kimdir? – qışqırdım.
– Kim olur-olsun, mәnimçün fәrqi yoxdur. Dedim axı:
kişilәrlә olmaqdan xoşum gәlir, onlarla yatmaqdan hәzz alıram.
Bundan sonra hәmişә belә olacaq. Ona görә mәnә bu haqda
suallar vermә, çünki başqa cavab almayacaqsan.
O, ilk dәfәydi ki, bu mövzuda mәnimlә belә açıq danışırdı.
Başa düşdüm ki, bu çılğınlıq keçib gedәnә qәdәr, onun dediyi
kimi etmәliyәm: susmalı vә heç nә soruşmamalıyam. Elә dә
elәdim. İkimiz dә susub, sakitcә geyinmәyә başladıq.
Samanlıqdan çıxanda Rozarionu gördük: o, anası ilә oturub
çörәklә salat yeyirdi. Konçetta bizi görәn kimi ayağa qalxıb
hәmişәki kimi çәrәnlәmәyә başladı. Onun söylәdiklәri mәndә
qıcıq doğurur, özümdәn çıxarırdı.
– Demәli, Romaya gedirsiniz, bәxtәvәrlәr; bizi, kasıb
kәndlilәri bu çölün düzündә qoyub gedirsiniz. Xoşbәxtsiniz,
331