Page 327 - alberto moravia_Макет 1
P. 327
Çoçara
zavallı Rozettam da onlara oxşayırdı: müharibәnin odu-alovu
onu yandırmış, o ölmüşdü. Әn azından mәnim üçün.
Hәmin gün Rozetta çox gec qayıtdı. Mәn artıq yatırdım,
onun gәldiyindәn xәbәrim olmadı. O gecә gec yatmışdım, elә
hey Rozettanın taleyini düşünürdüm; sonra birdәn-birә Mikeleni
xatırladım, gözümә yuxu gedәnәcәn onun haqqında düşündüm.
Festagilә gedib, başsağlığı vermәyә cәsarәt etmәmişdim, bax-
mayaraq ki, Mikeleni öz oğlum kimi sevirdim, onun ölüm
xәbәri ürәyimә xәncәr kimi saplanmışdı. Görünür, Konçettanın
dediyi kimi, hәr şeyin sәbәbini müharibәdә axtarmaq lazımdır – әn
yaxşı, әn cәsur, xeyirxah, tәmiz, vicdanlı adamlar müharibәdә
mәhv olur: bәzilәrini zavallı Mikele kimi öldürürlәr, digәrlәri
mәnim Rozettam kimi, ömürlük şikәst qalır. Yalnız öz mәnfәәtini
güdәn, oğurluq edәn, qatil, qorxaq, imansız, lәyaqәtsiz adamlar
sudan quru çıxır, xilas olur, yaşayır vә çiçәklәnirlәr. Hәtta
daha da hәyasızlaşır, әvvәlkindәn dә betәr hoqqalardan çıxırlar.
Fikirlәşirdim ki, Mikele ölmәsәydi, mәnә mәslәhәt verәr, yol
göstәrәrdi, mәn Fondidәn kәndә getmәzdim, onda mәrakeşlilәrә
dә rast gәlmәzdik, Rozetta saf, mәsum mәlәk kimi yaşayardı.
Mikelenin ölümünә heyifsilәnir, öz-özümә deyirdim ki, o,
bizim kisәmizdәn getdi, çünki bizim üçün hәm ata, hәm
qardaş, hәm dә oğul idi. Mikele xeyirxah, ürәyiyumşaq adam
idi, bununla belә, Rozario vә Klorindo kimi yaramazlara qarşı
çox sәrt, hәtta amansız davranırdı. O, mәnim kimi zәif adam
deyildi, savadlıydı, çox şey bilirdi. Mәnsә ömürboyu sürünә-
sürünә yaşamışdım, güclә yazıb-oxuyurdum, öz evimin vә
dükanımızın işlәrindәn savayı, heç nәdәn başım çıxmırdı.
Birdәn-birә hәr şeydәn әlim üzüldü, ümidsizlәşdim,
fikirlәşdim ki, әclafların vә cinayәtkarların meydan suladığı,
vicdanlı, yaxşı insanların isә adam yerinә qoyulmadığı bir
dünyada yaşamağa dәymәz. Artıq heç nәyim qalmamışdı:
Rozetta tamamilә başqalaşmışdı, Roma, mәnzil vә dükan isә
mәnә lazım deyil. Özümü öldürmәk qәrarına gәldim, yataqdan
qalxıb, titrәyәn әllәrimlә şam yandırdım, küncdә divardan
327