Page 323 - alberto moravia_Макет 1
P. 323

Çoçara


             Onda başa düşdüm ki, Rozetta yalnız kәnardan etinasız,
          biganә adam tәsiri bağışlayırmış: әslindә, Klorindoya vurul -
          muş du, ola bilsin, indinin özündә dә ondan ötrü darıxırdı.
          Qәribә dә olsa, onun bu yaramazdan ötrü darıxması heç xoşu -
          ma gәlmәdi. Bundansa, laqeyd, etinasız olması yaxşıydı.
             – Niyә? – Rozario soruşdu, – ona hirslәnirsәn? Daha
          xoşuna gәlmir?
             Rozarionun Rozettayla bu tәrzdә, küçә qadını kimi danışması
          acığıma gәlirdi: fahişәlәrin inciyib küsmәyә haqqı yoxdur.
          Rozettanın cavabı isә mәni daha da qәzәblәndirdi:
             – Klorindo mәnimlә bu cür davranmamalıydı. O, evli
          olduğunu mәnә demәmişdi. Bunu yalnız dünәn bildim, onunla
          vidalaşarkәn. Nә qәdәr ki bunu mәndәn gizlәtmәk ona sәrf
          edirdi, heç nә demirdi, amma quyruğu qapı arasında qalan
          kimi hәr şeyi açıb dedi.
             Demәli, qismәt belәymiş, artıq Rozettanı başa düşmürdüm,
          bilmirdim nә baş verir, çünki onun sözlәri mәni heyrәtlәndirmiş,
          qәlbimi yaralamışdı. Belә çıxırdı ki, Klorindonun evli olduğunu
          Rozetta yalnız son anda bilib. Buna baxmayaraq, Rozetta bu
          barәdә elә tonda danışırdı ki, elә bil kiçik bir qanqaraçılıq
          olmuşdu, vәssalam. Bu, qüruru, lәyaqәti tapdanmış, sevdiyi
          insana heç cür qovuşa bilmәyәcәyini anlayan fahişәnin don-
          qultusuna oxşayırdı. Hirsimdәn dәli olmaq dәrәcәsinә gәlmişdim.
          Rozario isә dil-boğaza qoymurdu:
             – Sәnә niyә demәliydi ki? Siz ki evlәnmәyә hazırlaş mır dı -
          nız…
             Rozetta başını aşağı salıb heç nә demәdi. Elә bu vaxt ifritә
          Konçetta söhbәtә qarışdı:
             – İndi belә şeylәr çox olur: müharibә hәr şeyi alt-üst edib.
          Qızlara eşq elan edәn oğlanlar evli olduqlarını gizlәdirlәr,
          qızlar isә ağına-bozuna baxmadan, evlәnib-evlәnmәyәcәyini
          soruşmadan oğlanlarla yatağa girirlәr. Dünya dәyişib, kişinin
          evli olub-olmadığı heç kәsi maraqlandırmır. İndi belәdir: әsas


                                                              323
   318   319   320   321   322   323   324   325   326   327   328