Page 322 - alberto moravia_Макет 1
P. 322
Alberto Moravia
Yenә dalağım sancdı. Konçettanın oğulları indiyәcәn bu-
ralarda görünmürdülәr, deyәsәn, Neapolda alverlә mәşğul
idilәr. Amma mәn onları yaxşı xatırlayırdım, sözün açığı,
onları görәn gözüm yox idi. Heç Klorindodan bu qәdәr zәhlәm
getmirdi. Odur ki, onlarla birgә Romaya getmәk fikri mәni
açmırdı.
– Sәninçün fәrqi yoxdur, hә? – tәnәylә soruşdum.
O, üzümә baxıb köks ötürdü:
– Niyә mәnә әzab verirsәn, ana?
Bunu o qәdәr mehriban sәslә dedi ki, ürәyim riqqәtә gәldi.
– Ona görә ki, әzizim, sәn tamamilә dәyişmisәn, heç kәsi
vecinә almırsan, hәtta mәni dә.
– Hә, dәyişilmişәm, – Rozetta dedi, – bunu boynuma
alıram, amma sәnin üçün әvvәlki Rozettayam.
Görürsünüz, o dәyişdiyini etriaf edirdi, amma eyni zamanda
mәni sevdiyini deyirdi. Bilmәdim, sevinim, yoxsa kәdәrlәnim.
Odur ki, sadәcә susmağa üstünlük verdim vә bununla da
söhbәtimiz qurtardı.
Rozetta düz deyirmiş: ertәsi gün Frozinonedәn yük maşını
gәldi. Maşını Konçettanın oğullarından biri – Rozario idarә
edirdi. O biri oğlu Frozinonedәn birbaşa Neapola yollanmışdı.
Onların ikisindәn dә zәhlәm gedirdi, amma Rozario qardaşından
da pis idi. Bәstәboy, möhkәm bәdәnli Rozarionun sifәti
kvadratşәkilli idi, ensiz alnı vardı, burnunu sanki kәsib
gödәltmişdilәr, sәliqәsiz saçları boynunun ardına tökülürdü.
Romada belәlәrini “bureno” adlandırırlar, yәni yonulmamış,
avam, köntöy adam. Üstәlik dә, o, mәrhәmәt, şәfqәt hissindәn
uzaq, ağıldankәmin biriydi. Süfrә arxasında hamının әvәzinә
danışırdı.
– Klorindo sәnә salam göndәrdi, – üzünü Rozettaya tutdu, – dedi
ki, gәlib sәni Romada yoluxacaq.
Rozetta başını qaldırmadan, quru sәslә cavab verdi:
– Ona çatdırın ki, gәlmәsin, onu görmәk istәmirәm.
322