Page 320 - alberto moravia_Макет 1
P. 320

Alberto Moravia


                Rozetta çarpayıda oturub ayaqqabılarını çıxarırdı. O dikәlib
            üzümә baxdı vә heç nә olmamış kimi adi sәslә dedi:
                – Klorindo evlidir, ana, iki uşağı var, ailәsi Frozinonedә
            yaşayır.
                Bunu eşidәndә cin atına mindim, bilirsiniz, mәn çoçarayam,
            biz çoçaralar isә çılğın xalqıq, adamı bıçaqlayıb cәhәnnәmә
            vasil elәmәk bizim üçün bir qurtum su içmәk kimidir. Artıq nә
            etdiyimin fәrqinә varmadan, Rozettanın üzәrinә cumdum,
            boğazından yapışıb çarpayıya yıxdım vә hirslә onu
            yumruqlamağa başladım. O, әllәrini üzünә tutmuşdu, mәnsә
            onu döyür, qarğış tökürdüm:
                – Sәni öldürәcәyәm… sәn fahişә olmaq istәyirsәn, amma
            ola bilmәyәcәksәn, çünki sәni öz әlimlә öldürәcәm.
                Zәrbәlәrimdәn qorunsa da, nә dinib-danışır, nә dә qaçıb
            qurtulmağa çalışırdı. Nәhayәt, onu döymәkdәn yoruldum, o
            isә hәlә dә qımıldanmırdı – üzünü yastığa tutub, hәrәkәtsiz
            uzanmışdı. Bilmirәm, bәlkә dә, ağlayır, ya da nәsә fikirlәşirdi.
            Uzun müddәt özümә gәlә bilmәdim, çarpayıda oturub, gözümü
            ona zillәmişdim. Get-gedә daha çox ümidsizliyә qapılırdım:
            başa düşürdüm ki, onu öldürsәm belә, heç nә әldә etmәyәcәm;
            Rozetta mәnә qulaq asmır, artıq heç vaxt mәnim sözümü
            dinlәmәyәcәk. Qәzәbimi boğa bilmәyib, yenidәn çığırdım:
                – O yaramaz Klorindoyla da danışacam, görәk o sırtıq
            mәnә nә cavab verәcәk.
                Rozetta qalxıb çarpayıda oturdu, gözlәri qupquru idi,
            üzündә etinasız bir ifadә vardı. Sakit sәslә dedi:
                – Klorindonu bir daha görmәyәcәksәn, o, öz ailәsinin
            yanına qayıtdı. Daha Fondidә işlәmәyәcәk. O, Fornizoneyә
            getdi; bu gün axşam vidalaşdıq. Bir daha onunla görüşmәyәcәm.
            Onun qayınatası xәbәr göndәrib ki, Klorindo arvadının yanına
            qayıtmasa, gәlib qızını aparacaq. Klorindo isә arvadının
            pullarından asılıdır, odur ki, onun yanına qayıtmağa mәcburdur.
                Elә bil başımdan bir qazan qaynar su tökdülәr: heç vaxt
            fikirlәşmәzdim ki,  Rozetta bu barәdә belә rahat danışacaq,

             320
   315   316   317   318   319   320   321   322   323   324   325