Page 316 - alberto moravia_Макет 1
P. 316
Alberto Moravia
Tәngnәfәs öz çarpayıma oturub, qışqıra-qışqıra dedim:
– Nәdi, nә baş verdiyini bilmirsәn? Doğrudanmı bunun
fәrqindә deyilsәn?
Nә üçünsә fikirlәşirdim ki, nәhayәt, qızım nәsә deyәcәk,
amma o, elә bil ağzına su almışdı. Rozetta cavab vermәk
әvәzinә, mәn dartışdırarkәn, korsetdәn açılmış corabını gözdәn
keçirmәyә başladı. Corabın bir tayının ilmәsi qaçmışdı. O,
ilmәni dayandırmaq üçün barmağını tüpürcәklәdi.
– Niyә yatmırsan, ana? – nәhayәt, dillәndi. – Axı çox
gecdir…
Qız heç nә olmamış kimi soyuqqanlı vә etinasız danışırdı.
Başa düşdüm ki, ona heç nәyi başa sala bilmәyәcәm. Çarpayıya
uzanıb, arxamı ona çevirdim. Eşidirdim ki, nәsә qurcalanır,
samanlığın içindә o tәrәf-bu tәrәfә gedir, amma üzümü ona
çevirmәdim. Sonra o, şamı üfürüb söndürdü, samanlıq zülmәtә
qәrq oldu. Çarpayının cırıltısından bildim ki, yatmaq üçün
yerini rahatlayır.
Birdәn-birә ürәyimdәn keçәnlәrin hamısını açıb demәk
istәdim! Şam işığında ona baxdıqca qәzәb mәni boğur,
danışmağa qoymurdu. Amma indi ona demәk istәyirdim ki,
hәr şeyi başa düşürәm; başa düşürәm ki, o, tamamilә dәyişilib,
böyük qız olub, özünü qadın kimi hiss etmәk, yaramaz
mәrakeşlilәri yaddaşından silib atmaq üçün kişiylә yaxınlıq
etmәk istәyir; onu da bilirәm ki, Madonnanın gözü qarşısında
zorlandığı üçün inamını itirib, artıq heç nә vecinә deyil. Bütün
bunları deyib, onu qucaqlamaq, oxşamaq, öpmәk, baş-başa
verib, birgә ağlamaq istәyirdim. Amma eyni zamanda hiss
edirdim ki, artıq onunla dәrdlәşә bilmirәm, çünki tәkcә özü
dәyişilmәmişdi, mәni dә dәyişmişdi vә bundan sonra aramızda
әvvәlki sәmimi münasibәtlәr olmayacaqdı. Bir neçә dәfә
yerimdәn qalxıb onun çarpayısına keçmәk, yanında uzanıb
316