Page 312 - alberto moravia_Макет 1
P. 312
Alberto Moravia
– Klorindo maşınla Lenolaya getdi: qaçqınları apardı.
Rozettanı da özüylә götürdü ki, tәk qayıtmasın. Yәqin, sabah
günortadan sonra qayıdıb gәlәrlәr.
Elә bil ürәyimdәn yara aldım: әvvәllәr Rozetta heç vaxt
belә iş tutmazdı. Mәnә demәmiş heç yana getmәzdi. Üstәlik,
Klorindo kimi müәmmalı bir tiplә. Qulaqlarıma inanmayıb
soruşdum:
– Bәs sәnә heç nә demәdi?
– Heç nә. Yalnız onu dedi ki, sәnә xәbәr verim. Sәni
oyatmaq istәmәdi, çox yaxşı qızın var. Cavandır, qanı qaynayır,
özü dә Klorindonun xoşuna gәlir, bir yerdә olmaq istәyirlәr.
Uşaqlar böyüyәndәn sonra biz analar onlara әngәl olmağa
başlayırıq. Mәnim oğlanlarım da qızlarla görüşmәk üçün tez-
tez evdәn qaçırlar. Klorindo çox gözәl oğlandır, onlar bir-
birinә yaraşırlar.
Özümü saxlaya bilmәyib dedim:
– Qızımın başına iş gәlmәsәydi, Klorindonun üzünә dә
baxmazdı.
Rozettanın sirrini ağzımdan qaçırdığım üçün peşman olsam
da, artıq gec idi – bu ifritә dәrhal mәni sorğu-suala tutdu:
– Başına nә iş gәlib ki? Sözün düzü, birdәn-birә Rozettanın
Klorindoya qoşulub getmәsi mәnә dә qәribә gәldi, amma
buna mәhәl qoymadım… fikirlәşdim ki, cavanlıqdır… De
görüm, nә olub?
Özüm dә bilmirәm niyә, bәlkә dә, Rozettaya hirslәndiyimә
görә, yaxud dәrdimi kiminlәsә bölüşmәk ehtiyacı hiss etdiyim
üçün hәr şeyi açıb danışdım. Mәn danışdıqca, boşqablara
şorba çәkәn Konçetta vaysınırdı:
– Zavallı, zavallı qızcığaz, yazıq Rozetta, işә bax, ağır
dәrddir.
Mәn danışıb qurtarandan sonra isә yanımda әylәşib dedi:
– Hәr şeyin sәbәbkarı müharibәdir. Belә baxanda, o
mәrakeşlilәr dә kişidir, üstәlik, cavandılar… sәnin gözәl, cavan
qızını görәndә özlәrini saxlaya bilmәyiblәr. Hәr şeyin…
312