Page 310 - alberto moravia_Макет 1
P. 310

Alberto Moravia


            Amma o yoxdu, ölüb, artıq heç nә elәmәk mümkün deyil.
            Sözün düzü, bu nәhs xәbәri eşidәn Rozettanın davranışı mәni
            Mikelenin ölümündәn dә çox yandırırdı. Konçetta haqlıydı:
            biz müharibә şәraitindә yaşayırdıq vә özümüz dә müharibәnin
            bir parçasına çevrilmişdik. İnsanlar sanki heç vaxt dinc hәyat
            sürmәmişdi.
                Nәhayәt, mәn kәtildәn qalxanda Klorindo dedi:
                – Gedәk, qalacağınız yerә baxaq.
                Biz arvadın arxasınca hәminki samanlığa gәldik. Amma
            indi burada ot-әlәf әvәzinә üç çarpayı qoyulmuşdu.
                – Bu çarpayılar Fondidәki mehmanxana sahibinindir;
            yazığın bәxti yoxdur – hәr şeyini oğurlayıblar, mehmanxana
            bomboşdur, qu desәn, qulaq tutular. Qış aylarında bu çarpayılar
            bizә bir az pul qazandırdı. Qaçqınlar çox idi, zavallıların
            hamısı qaraçı kimi cır-cındırın içindәydi. Onlar çarpayıya
            görә bizә pul ödәyirdilәr, indi bir az pulumuz var. Mehmanxana
            sahiblәri isә burada yoxdurlar, harasa qaçıb gediblәr: kimi
            deyir Romadadırlar, kimi dә Neapolda olduqlarını söylәyir.
            Әlbәttә, onlar qayıdıb gәlәndә çarpayılarını özlәrinә qaytaracağıq –
            biz düzgün adamlarıq, әliәyri deyilik. Hәlәlik isә çarpayılardan
            bir az pul qazanmaq pis olmazdı. Cüzi mәblәğdәn söhbәt
            gedir. Müharibәdir dә, neylәyәsәn…
                Bu zaman Klorindo onun sözünü kәsdi:
                – Bu iki sinyoradan heç nә almayacaqsan, eşidirsәn,
            Konçetta?
                – Heç onlardan nәsә alaram? – Konçetta cavab verdi. –
            Axı biz bir ailәyik.
                – Yemәklәrini dә verәrsәn, – Klorindo әlavә etdi, – sonra
            hesablaşarıq.
                – Әlbәttә, әlbәttә, yemәklәrini bizimlә yeyәrlәr. Düzdür,
            biz adi yemәklәr yeyirik, adi kәndli yemәklәri. Ümid edirәm
            ki, narazı qalmazsınız.
                Nәhayәt, hamı çәkilib gedәndәn sonra samanlığın qapısını
            örtdüm, içәriyә qaranlıq çökdü. Gәlib Rozettanın yanında
            çarpayıya әylәşdim.

             310
   305   306   307   308   309   310   311   312   313   314   315