Page 307 - alberto moravia_Макет 1
P. 307
Çoçara
si niz, sizinlә çox yaxşı davranacaqlar. Köhnә palan içi tökmәyә
dәymәz.
Ona demәk istәyirdim ki, dünya dağılsa da, Konçettagildә
qalmaram, amma buna macal tapmadım, çünki elә bu vaxt
Konçetta evdәn çıxıb, bizә doğru gәlmәyә başladı. O da
sürücü oğlan kimi şәn, fәrәhli vә hәyәcanlı görünürdü.
– Xoş gördük! Xoş gördük! Necә deyәrlәr, dağ dağa rast
gәlmәz, insan insana rast gәlәr. Düzdür, borcunuzu ödәmәdiyiniz
bir yana, heç Allahın “sağ ol”unu da demәdәn aradan çıxdınız.
Amma dağlara qaçmaqda düz elәdiniz, çünki sizdәn sonra
mәnim oğullarım da qaçmalı oldular: elә gün olmurdu ki,
yaramaz almanlar axtarış aparmasınlar. Siz bizdәn ağıllı
çıxdınız: başımız nәlәr çәkdi, bilirsiniz? Xoş gәlmisiz! Xoş
gәlmisiz! Sizi sağ-salamat gördüyümә çox sevindim. Buyurun,
buyurun, Vinçenso da, oğulları da sizi görәndә çox sevinәcәklәr.
Hәm dә sizi Klorindo gәtirib. O, ailәmizin üzvü kimidir, elә
bilin ki, sizi bura doğma oğlum gәtirib.
Arvad heç dәyişmәmişdi; ürәyim ayağımın altına düşdü –
axı biz onun evindәn ona görә qaçmışdıq ki, mәnim ata-baba
yurdumda başımıza gәlәn müsibәtlә üzlәşmәyәk. Amma bu
mәnfur qadına heç nә demәdim; o, әvvәlcә mәni, sonra da
Rozettanı qucaqlayıb öpdü. Rozetta heç qımıldanmadı da –
artıq heç nә vecinә deyildi. Elә bu vaxt Vinçensonun özü dә
çölә çıxdı. O doğrudan da, qara qarğaya oxşayırdı: bir az da
arıqlamışdı, burnu qarğa dimdiyini xatırladırdı, qalın qaşlarının
altında gözlәri alışıb-yanırdı. Elә bil qaşları daha da qalınlaşmışdı.
O, qolumdan tutub, dodağının altında nәsә mızıldandı, Konçetta
isә hәyasızcasına üzünü mәnә tutub dedi:
– Vinçenso mәnә demişdi ki, sizi Sant-Yeufemiyada, Festa -
la rın evindә görüb. Yazıqlar, qışı çox pis keçirdilәr. Әvvәlcә
biz onun divara hördüyü mallarına tamah saldıq, sonra da
oğlunun başına bu iş gәldi. Yazıqlar! Biz malları qaytardıq,
әlbәttә, satdıqlarımızdan savayı; biz düzgün adamlarıq, özgә
307