Page 334 - alberto moravia_Макет 1
P. 334

Alberto Moravia


                 – Utandığımdan ağlayıram, – dedim.
                Bunu eşidәndә Rozetta sanki diksindi, hәtta mәnә elә
            gәldi ki, әlini oğlanın dizindәn götürmәk istәyir. Amma әclaf
            Rozario onun әlini tutub, yenidәn dizinin üstünә qoydu. Rozetta
            yüngülcә müqavimәt göstәrdi, bәlkә dә, mәnә elә gәlirdi,
            çünki oğlan onun әlini buraxandan sonra daha etiraz etmәdi.
            Bir daha anladım ki, Rozettanın kişiylә fiziki yaxınlıq istәyi
            abır-hәyanı üstәlәyir. Bәlkә dә, o, heç abır-hәyanın nә olduğunu
            bilmir...
                Maşın nәhәng çinar ağaclarının әmәlә gәtirdiyi yaşıl tağın
            altında şәhәrә doğru şütüyür, adama elә gәlirdi ki, yaşıl
            qalereyanın içindәn keçib gedir. Arabir ağacların sıx budaqları
            arasından günәş şüaları sızır, asfaltın üzәrindә işıq lәkәlәri
            әmәlә gәtirirdi, bu zaman asfalt cavan heyvanın dәrisi kimi
            parıldayırdı. Rozetta ilә Rozarionun çıxardığı hoqqanı görmәmәk
            üçün üzümü pәncәrәyә tutub oturmuşdum. Bir az fikrim
            dağılsın deyә әtrafı seyr edirdim. Biz su basmış әrazilәrdәn
            keçib gedirdik: almanlar geriyә çәkilәrkәn su bәndlәrini
            partlatmışdılar. Әkin-biçin sahәlәri tamamilә su altında qalmışdı.
            Suyun içindә ağacların çәtiri vә evlәrin xarabalıqları gözә
            dәyirdi. Monte San Biadjonu keçәndәn sonra dәniz kәnarı ilә
            irәlilәmәyә başladıq. Sәrin külәk mavi dalğaları sahilә doğru
            qovur, suyun üzündә işıqlar sayrışırdı. Adama elә gәlirdi ki,
            dәniz günәşә gülümsünür. Bu da Terraçina; Terraçina Fondidәn
            dә pis gündәydi. Evlәrin divarları dәlmә-deşik idi, pulemyot
            güllәlәri, top mәrmilәri onları xәlbirә çevirmişdi, pәncәrәlәr
            korların gözünü xatırladırdı. Bәzi pәncәrәlәrdә mavi işıq
            görsәnirdi – bu, uçulub-dağılmış, yalnız bir divarı qalmış
            evlәrin pәncәrәsiydi. Әtraf böyük xarabalığı xatırladırdı, hәr
            şey tozla örtülmüşdü, hәr tәrәfdә sarı su gölmәçәlәri gözә
            dәyirdi. Terraçina bomboş idi, hәr halda, mәnә elә gәldi, çünki
            nә baş meydanda (meydandakı fәvvarә zir-zibillә dolu idi), nә
            dә xarabalıqların arasında dәnizә doğru uzanan yolda ins-cins


             334
   329   330   331   332   333   334   335   336   337   338   339