Page 346 - alberto moravia_Макет 1
P. 346

Alberto Moravia


                – Demәli, evdәdir, – arvad başını aşağı salıb köks ötürdü. –
            Aydındır…
                – Nә aydındır ki? – mәn elә-belә, danışmaq xәtrinә soruş -
            dum.
                – Aydındır, – deyir, – aydındır... Hayıf sәndәn, ay bәdbәxt!
                Arvadın tonu nәsә mәnә şübhәli göründü. Bir qәdәr ara
            verib tәzәdәn soruşdum:
                – Bәdbәxt niyә oluram? Nәyә görә bәdbәxt?
                – Ona görә ki, bәdbәxtsәn, niyәsi budur, – qoca kaftar
            әtrafa göz gәzdirib nәyәsә eyham vurur. – Sәnin halına
            acıyıram.
                – Bunu necә başa düşәk?
                – Belә başa düş ki, indi zәmanә dәyişib, qabaqkı kimi
            deyil… Mәn görәn vaxtların gәlinlәri bu cür olmurdu.
                – Nә cür?
                – Bizim vaxtımızda kişi arvadı evdә tәk qoyub, hara istәsә,
            arxayınca gedә bilirdi. Necә qoyub gedirdisә, gәlib elә dә
            görürdü. İndi isә…
                – İndi isә nә?
                – İndi o cür deyil… Yaxşı, daha bәsdir… Sәbәti bәri ver
            görüm. Sağ ol.
                Bu gözәl sәhәrin bütün lәzzәti qaçmadımı?!
                – Yox, verәn deyilәm, – sәbәti özümә tәrәf dartıram. –
            Hamısını izah edәcәksiniz, sonra... Axı Filomenanın bura nә
            dәxli? Oxu atıb, yayı gizlәtmәyin!
                – Mәn heç nә bilmirәm, – deyir, – amma xәbәrdar etmәyin
            ziyanı yoxdur.
                – Axı bir mәnә deyin görüm, Filomena neylәyib, nә oyun
            çıxardıb?! – qışqırıram.
                – Get onu Adalcizadan soruş!
                Fede qarı sәbәti dartıb әlimdәn aldı, öz uzun çiyinliyindә
            xırda addımlarla elә becid getdi, elә sürәtlә aralandı ki, mәәttәl
            qaldım; bunu heç gözlәmәzdim.


             346
   341   342   343   344   345   346   347   348   349   350   351