Page 349 - alberto moravia_Макет 1
P. 349

Mario


             – Mәn axı demişdim ki, buna inanmıram… Demişdim…
          Әlbәttә, Adalciza burasını sәnә çatdırmayıb.
             –  Yaxşı, bәs sәnә kim deyib? De görüm, sәn kimdәn
          eşitmisәn?
             – Vinçensinadan… Vinçensina bunu mәnә xәbәr vermәk
          üçün birbaşa camaşırxanadan durub gәlmişdi…
             Mәn sağollaşmadan dönüb çıxdım, birbaşa camaşırxanaya
          yollandım.
             Vinçensinanı hәlә küçәdәykәn görmüşdüm: ütüdәn ikiәlli
          yapışıb, masanın böyründә paltar ütülәyirdi. Pişik kimi hiylәgәr
          sifәtli, nәrmә-nazik, qarabuğdayı qızdır, özü dә yamanca
          qıvraqdır. Mәndәn xoşu gәldiyini çoxdan bilirәm, elә indi dә
          barmağımla yüngülcә işarә verәn kimi, ütünü bir kәnara qoyub
          sevincәk bayıra çıxır.
             – Cino, sәni görmәk bilirsәn necә xoşdur!
             – Ay ifritә! – qızın üstünә çәmkirirәm. – Sәnsәn alәmә car
          çәkәn ki, guya mәn emalatxanada olanda Filomena evә kişi
          gәtirir?
             Görünür, onun könlündәki ayrı şey idi, bu söhbәti gözlәmirdi;
          әlini önlüyünün cibinә soxub, yerindә fırlana-fırlana mәzәli
          tәrzdә soruşur:
             – Nәdi, xoşuna gәlmir?
             – Cavab ver! – sifәtimi bozardıram. – Sәn salmısan bunu
          camaatın ağzına? Sәnin işindir?
             – Bu, nә yaman qısqanc imiş! – çiyinlәrini çәkib deyir. –
          Burada nә var ki, Cino? Yәni qadın öz dostuyla beş-üç dәqiqә
          danışa bilmәz?
             – Demәli, bu, sәnin işindir! Hamısı sәnin işindir!
             Bu gürzә ilan cavabında mәnә nә desә yaxşıdır:
             – Qulaq as, Cino, sәnә yazığım gәlir, sadәcә yazığım gәlir.
          Mәnim nә vecimәdir sәnin arvadın? Nә işimә qalıb? Özümdәn
          söz çıxartmamışam, bunu mәnә  Anyeze deyib.  Anyeze o
          kişinin adını da bilir…


                                                              349
   344   345   346   347   348   349   350   351   352   353   354