Page 353 - alberto moravia_Макет 1
P. 353
Mario
bizdә… Sәhәr öynәsini birgә yeyәrik. Elәmi, Filomena? – bu
dәfә dәhlizdә dayanıb göz yaşını silәn arvadıma üz tuturam. –
Düzdürmü, Mario burada qalıb sәhәr yemәyini bizimlә yeyә
bilәr?
Bir sözlә, özümә әl qatıb bacardığımı elәdim. Sonra yataq
otağına keçib, Filomenanı ora çağırdım; öpdüm vә biz barışdıq.
İndi qalırdı danışanların ağzını yumub, bütün bu qeybәtlәrә
son qoymaq. Çox fikirlәşib, axırda Marioya dedim:
– Mәnimlә emalatxanaya gedәk, bәlkә, sahib sәninçün
orada bir iş tapdı.
Razılaşıb evdәn çıxdıq. Pillәkәnin üstündә onu dilә tutub,
bәzi şeylәri öyrәtmәyә başladım.
– Bilirsәn, Mario, buralarda sәni heç kәs tanımır, soruşan-
filan olsa, sәn bu illәrdә Milanda işlәmisәn. Danışdıq?
– Danışdıq.
Pillәkәnlә aşağı düşdük; dalandar arvadın yanından keçәndә
Marionun qoluna girib, onu qadınla tanış etdim:
– Bu, Mariodur, mәnim qaynım. Milandan gәlib, indәn
belә bizdә yaşayacaq.
– Lap yaxşı, – dalandar arvad dedi. – Bizimçün çox
xoşdur!
“Hamıdan çox mәnә xoşdur, – küçәyә çıxarkәn fikirlәşdim. –
Arvad qeybәtlәri mәnә baha oturdu: min lirәni yelә verdim,
hәlә üstәlik, evimdә, halal süfrәmin başında oğru da peyda
oldu”.
353