Page 358 - alberto moravia_Макет 1
P. 358
Alberto Moravia
verdi ki, bәs oxumağı bacarmır. Belәcә, orasını da öyrәndim
ki, bu kәndçi qız hәm dә zır savadsız imiş.
Sonra tәpәyә tәrәf yönәldik. İndi qız әvvәlki kimi iltifatlı
deyildi. Tәpәyә qalxan cığıra çatanda buradan o tәrәfә getmәkdәn
boyun qaçırtdı.
– Mәni axmaq hesab edirsәn? Sәhvin var, mәn sәn deyәn
yelbeyinlәrdәn deyilәm… Gәl qayıdaq şәhәrә.
İstәdim zorla çәkib aparım; amma sәn saydığını say – qız
sinәmdәn elә itәlәdi ki, ayaq üstdә güclә dayana bildim.
Gәldiyimiz hәminki tramvayla tәzәdәn Flaminio meydanına
qayıtdıq. Acığını soyutmaq üçün onu bara gәtirib qәhvә vә
pirojnaya qonaq etdim. Artıq saat beş idi. Tәklif elәdim ki,
kinoya gedәk; orada rәngli filmdәn başqa, İtaliya-Avstriya
futbol matçının xronikası da nümayiş etdirilirdi. Qız yenә
özünü naza qoymağa başladı ki, bәs guya hansısa sinyorinanın
yanına getmәlidir. Amma bunlar adi kәndçi bicliklәri idi:
sadәcә özünü qiymәtә mindirirdi. Görәndә ki, sәbrim artıq
tükәnir vә onunla xudahafizlәşmәyә hazırlaşıram, әlüstü
razılaşdı.
Kino biletinin pulunu da cibimdәki hәqiqi әsginasla ödәdim.
Qaranlıqda әlindәn yapışdım; qız әlini çәkmәdi. Tәrslikdәn
rәngli film tәzәcә başlamışdı, futbol matçını isә, tәәssüf ki,
filmdәn sonra göstәrmәliydilәr. Filmә baxmaq darıxdırıcı idi,
özümdә cәsarәt tapıb onun boğazından öpmәyә cәhd elәdim.
Qız mәni var gücüylә kәnara itәlәyib bәrkdәn dedi:
– Yığışdır әlini!
Әtrafdan narazı sәslәr eşidilәndә bilmәdim xәcalәtdәn
başımı hara soxum. Hiss elәdim ki, bu kәndçi qıza içimdә
nifrәt cücәrir. Xristofor Kolumb haqqındakı filmin
darıxdırıcılığını necәsә özümdәn qovmaq üçün beynimdә
gündәlik xәrcimi hesablamağa başladım. Sәhәr yemәyinә üç
yüz lirә vermişdim, yüz iyirmi lirә – siqaretә getmişdi, iki yüz
lirә – qәhvә vә pirojnaya, dörd yüz lirә dә bu kinonun biletinә.
Demәli, gün әrzindә min lirәdәn artıq pul xәrclәmişdim, özüm
dә heç bir lәzzәt-filan almamışdım.
358