Page 354 - alberto moravia_Макет 1
P. 354

SAXTA ӘSGİNAS


                Kiminsә hayladığını eşidәndә mәn Riçorcimento meyda -
            nın dan keçirdim.
                – Ey, cavan oğlan, işlәr necә gedir?
                Bu, Stayano idi; via del Qamberrodakı qara bazarda siqaret
            satdığımız vaxtlar onunla curluq edәrdik. Stayanonun yaxşı
            geyindiyi gözümә dәrhal sataşdı. Ona bildirәndә ki, bәs hazırda
            bekar gәzirәm, heç nәylә mәşğul olmuram (mәnim heç bir
            peşәm yox idi, bu sәbәbdәn özümü işsiz adlandıra bilmәzdim),
            köhnә dostum qoluma girib dedi ki, mәnimçün gündәlik
            qazancı min, iki min, bәlkә dә, üç min lirә olan rahat iş tapa
            bilәr. Soruşdum ki, necә? Çox uzaqdan başladı. Dedi ki, bәs
            çәtin dövran gәlib, indi hәtta әlindә peşәsi olan da, öz sәnәtini
            yaxşı bacaranlar da gündәlik bir parça çörәyini qazana bilmir;
            söylәdi ki, hazırkı vaxtda guya adamlar iki tәbәqәyә bölünüb:
            ürәklilәrә vә ürәksizlәrә – cәsarәti olan hәmişә uğur qazanır,
            olmayan isә ömürlük әfәl vәziyyәtdә qalır. Hә, Stayano qәti
            әmin idi ki, mәn mәhz birinci tәbәqәyә mәxsusam, çünki
            mәni köhnә әyyamlardan tanıyır; keçmiş günlәr isә indikilәrdәn
            heç dә asan deyildi. O ki qaldı mәnimçün düzәltmәk istәdiyi
            işә – ola bilsin, bu tәklif mәni tәәccüblәndirәcәk, amma onun
            sözünü yarıda kәsmәmәliyәm, yalnız “hә”, yaxud “yox”
            demәliyәm.
                Mәn, hәlә ki, dinmir vә özlüyümdә düşünürdüm: “Yәqin,
            Stayanonun tәklifi, hәqiqәtәn, nәsә qeyri-adi tәklif olacaq,
            çünki o, adәtәn, bu qәdәr qeyd-şәrtә, cürbәcür düzәlişlәrә yol
            vermәzdi. Nәhayәt, sözünü bitirdi vә mәn soruşdum ki, iş
            nәdәn ibarәtdir. Bu dәfә cavabı uzatmadı:
                – Pul xәrclәmәk lazımdır.
                – Pul xәrclәmәk?



             354
   349   350   351   352   353   354   355   356   357   358   359