Page 359 - alberto moravia_Макет 1
P. 359

Saxta əsginas

             Filmin birinci hissәsi bitib, işıqlar yananda birdәn Matildaya
          dedim:
             – Sәnin kimi qadınlar yaxşı olardı, kәnddә qalıb torpaqda
          eşәlәnsinlәr.
             – Niyә ki? – o soruşdu.
             – Çünki zır kәndçisәn. Şәhәr hәyatı sәnlik deyil.
             Bu gönüqalın kәndçinin mәnә üstdәn-aşağı baxıb nә
          dediyini söylәsәm, inanarsınızmı?
             – Alıcının peşәsi mala mız qoymaqdır.
             Hirsimdәn, az qala, onu boğacaqdım. Bir kәlmә dә
          danışmadan ayağa qalxdım, keçib beş cәrgә arxada oturdum.
          Daha başqa rәftar ola bilmәzdi; o, bundan artığına layiq deyil-
          di.
             Artıq saat yeddi idi, filmin ikinci hissәsi isә qurtarmaq
          bilmirdi ki, bilmirdi. Xırdalamalı olduğum on min lirәlik saxta
          әsginası vә Riçorcimento meydanında görüşәcәyim Stayanonu
          getdikcә daha çox düşünürdüm. Ancaq xronikaya da baxmaq
          istәyirdim. Saat sәkkizә on beş dәqiqә qalmış Xristofor
          Kolumb, nәhayәt, ölmәk fikrinә düşәndә vә işıqlar yananda
          hesabladım ki, hәlә on dәqiqәm var, çıxan kimi әsginası
          xırdalamağa cumacağam. Amma sәn saydığını say – heç demә,
          kinoproqramın necә tәrtib olunduğunu nәzәrә almamışam:
          әvvәlcә fasilә oldu, sonra hansısa ayaqqabı fabrikinin, ardınca
          da mebel fabrikinin reklamı göstәrildi. Ardınca yenә fasilә
          oldu. Nәhayәt, Allahın rizası ilә futbol xronikası göstәrilmәyә
          başlayanda saat sәkkiz tamam idi. Mәn çılğın azarkeşlәrdәnәm:
          elә ki, ekranda futbolçularımızın sifәti göründü, dәrhal saxta
          әsginası da, Stayanonu da, tәlәsmәli olduğumu da, ümumiyyәtlә,
          dünyadakı hәr şeyi unutdum. İndi bütün fikrim-zikrim yalnız
          oyundaydı. Düzünü desәm, bu, mәnә әvvәlcә uğurlu kimi
          görünmüş bütün gün әrzindә hiss etdiyim yeganә xoşbәxt
          dәqiqәlәr idi.
             Kinodan hәm yorğun halda, hәm dә dәlicәsinә çıxdım.
          Saat doqquza iyirmi dәqiqә işlәmişdi.  Yolumu gözlәyәn
          Stayanonu, xırdalamalı olduğum әsginası, boşuna xәrclәdiyim
                                                              359
   354   355   356   357   358   359   360   361   362   363   364