Page 364 - alberto moravia_Макет 1
P. 364
Alberto Moravia
vermişdilәr. Amma bu iş onun lap boynuna biçilmişdi. Yük
maşınının sürücülәri dәrrakә sarıdan, adәtәn, bir az axsayırlar,
bu zırramanın bәxtinә isә anadangәlmә axmaq doğulmaq
düşmüşdü: onunla yük maşını tam bir vәhdәt tәşkil edirdi.
Yaşı otuzu adlasa da, Palombidә uşaqlıqdan nәsә qalmışdı:
yumru, toppuş yanaqlar, yastı alının altında işaran xırda gözlәr;
ağzı da eynәn pul daxılının dәliyi kimiydi. Kәlmә kәsmәsi
nadir hallara tәsadüf edәrdi, danışanda da qısa danışır, çox
vaxt elә bil xortuldayırdı. Ağıl işartıları onun sifәtindә yalnız
söhbәt yemәkdәn düşәndә özünü büruzә verirdi. Yadımdadır
ki, bir dәfә İtridә, Neapola getdiyimiz yolda biz balaca bir os-
teriyaya girdik. İkimiz dә ac vә yorğun idik, amma burada
lobyadan, bir dә donuz salasından başqa, dişә vurmağa heç nә
yox idi. Mәn yemәyә candәrdi әl uzadırdım, Palombi isә
dalbadal iki dolu nimçәnin axırına çıxdı. Sonra stulun
söykәnәcәyinә yayxanıb mәni qalib әdasıyla süzdü, sanki nәsә
qeyri-adi dәrәcәdә vacib söz söylәmәyә hazırlaşmışdı. Axırda
әlini qarnına çәkib, nә desә yaxşıdır:
– Mәn hәlә dörd nimçә dә yeyә bilәrәm.
Bax bu heyvanın mәnә çatdırmaq istәdiyi vacib fikir
bundan ibarәt idi.
Belә bir qanmazla mәcburәn getdiyim yolda ilk dәfә
İtaliyaya rast gәlәrkәn, tәbii ki, ürәkdәn sevinmişdim. O vaxt
biz Roma–Neapol marşrutu üzrә hәrәkәt edirdik, daşıdığımız
da müxtәlif cür yüklәr olurdu: kәrpic, lom, qәzet kağızı
rulonları, taxta, meyvә. Hәrdәnbir yaylaqdan digәrinә kiçik
qoyun sürülәrini dә aparırdıq. İtaliya bizi Terraçinanın
yaxınlığında saxladı, xahiş etdi ki, onu Romaya qәdәr aparaq.
Bizә göstәriş vardı ki, yolda heç kәsi maşına götürmәyәk,
amma İtaliyaya nәzәr salanda, belә qәrara gәldik ki, bu dәfә
әmrdәn yan keçmәk olar. İcazә verdik ki, keçib otursun, qız
da çevikcәsinә maşına atılıb qışqırdı:
– Yaşasın qayğıkeş sürücülәr!
364