Page 367 - alberto moravia_Макет 1
P. 367

Yük maşınının sürücüsü


          idi ki, bu ifadәnin ikibaşlı mәna daşıdığını qanmamışdı. Ta o
          günәcәn ki, yük maşınının sürücülәri bir dәfә bizi lağa qoyub
          soruşmuşdular: siz nә vaxtdan belә patriot olmusunuz? Yalnız
          bu zaman Palombi mәnә tәәccüblә baxıb qımışmışdı:
             – Onlar elә bilir, bu, İtaliyadır. Amma qızdı axı… Sәn
          әcәb ağıllısan. Yaman fikirlәşib tapmısan.
             Belәcә, bu iki ay davam elәdi. Bir dәfә biz qızı hәmişәki
          kimi Terraçinada düşürәrkәn, yükü Neapolda boşaldıb gecәni
          qalmadan dәrhal geriyә, Romaya qayıtmaq barәdә әmr aldıq.
          Bu, mәnim qәti ürәyimcә deyildi, çünki ertәsi gün sәhәr
          İtaliya ilә yenidәn görüşmәliydim. Amma neylәmәk olar: әmr
          әmrdir.
             Sükan arxasına keçdim; Palombi isә dәrhal xoruldamağa
          başladı. İtriyә qәdәr hәr şey yaxşı gedirdi, çünki yolun bu
          hissәsindә çoxlu döngәlәr var, gecәlәr yorğunluq güc gәlәndә
          isә döngә sürücünün әn yaxın sirdaşına çevrilir, çünki adamı
          diqqәtli olmağa mәcbur edir. İntәhası, İtrini keçәndәn sonra
          Fondinin portağallığı arasında yuxu mәnә güc gәlmәyә başladı.
          Mürgünü gözümdәn qovmaq üçün İtaliyanı fikirlәşmәyә
          girişdim. Fikir kәlәfi getdikcә daha çox dolaşıq düşürdü.
          Beynimdәki düşüncәlәr sanki portağal ağaclarının getdikcә
          sıxlaşan budaqlarıydı vә axırda qalınlaşıb, keçilmәz qaranlıq
          cәngәlliyә çevrildi. Yadımdadır ki, qәfildәn fikirlәşdim: “Nә
          yaxşı ki, mәn İtaliyanı düşünürәm, yoxsa çoxdan yuxulamışdım”.
          Әslindә isә, heç demә, yatmışam, yuxu mәni aparıb vә bunu
          da yuxuda fikirlәşirәm; daha rahat yatmağım üçün bu fikri
          mәnә aşılayan da şirin yuxu imiş. Elә hәmin andaca hiss
          etdim ki, maşın şosedәn çıxıb xәndәyә yuvarlandı.  Arxa
          tәrәfimdә şaqqıltı vә aşan qoşqunun gurultusunu eşitdim.
          Maşın yavaş gedirdi, odur ki, heç birimiz xәsarәt almadıq – nә
          mәn, nә dә Palombi. Amma kabinәdәn çıxanda gördük ki,
          üzüüstә çevrilmiş qoşqunun tәkәrlәri havadadır, xam göndәn
          ibarәt bütün yük isә xәndәyә tökülüb. Gecә qaranlıq vә aysız
          idi; sәmada yalnız parlaq ulduzlar işarırdı. Xoşbәxtlikdәn,



                                                              367
   362   363   364   365   366   367   368   369   370   371   372