Page 372 - alberto moravia_Макет 1
P. 372

Alberto Moravia


                Remo hәmin vaxt qәşәng, qarasaç Cemma ilә zarafatlaşırdı,
            bizsә Sirio ilә axırıncı futbol matçını müzakirә edirdik. Belәcә,
            biz haçansa İtaliyada baş vermiş müxtәlif döyüşlәrin adını
            daşıyan bir neçә adamsız küçәdәn keçmәli olduq: Kastelfidardo,
            Palestro, Kalatafimi, Marsal. Nәhayәt, bir cüt elektrik fәnәrinin
            arasında “Trattoriya Afrika” lövhәsi asılmış restoranın qapısına
            çatıb içәri girdik.
                Restoran – biz bunu dәrhal gördük – çox da fәrli deyildi.
            Birinci otaqda bir neçә balaca mәrmәr stol vardı, onların
            üstündә tәzәlikcә çaxır içildiyi görünürdü. İkinci otaq isә
            arakәsmә ilә iki yerә bölünmüşdü: bir tәrәfindә mәtbәx
            yerlәşirdi, o birindә isә üzәrinә süfrә salınmış beş-altı masa.
            Bütün restoran bundan ibarәt idi. Qalan yerlәrdә vağzalәtrafı
            müәssisәlәr üçün adi hal sayılan eybәcәrlik hökm sürürdü:
            döşәmә yonqarla örtülmüşdü, divarların malası qopub-
            tökülmüşdü, stol-stul laxlayır, masaların üstünә salınmış çirkli
            süfrәlәr dә cırıq-cırıqdı. Amma bizi tәbdәn çıxaran әsas mә  sәlә –
            soyuq idi; eynәn mağaradakı kimi iliyimizә işlәyәn nәm soyuq.
            Sirio içәri girәndә hәtta bәrkdәn çığırdı da:
                – Oho! Demәli, Afrika belә olurmuş!.. Burada adam lap
            sәtәlcәm olar ki!
                Doğrudan da, soyuq dözülmәz idi: müştәrilәr masa arxasında
            şlyapada, yaxalığını qaldırdıqları paltolarda oturmuşdular;
            nәfәs alanda ağızdan buğ çıxırdı, lap elә bil küçәdәydin.
                Biz masalardan birinin arxasına keçdik, o saat da dördkünc
            sifәtindәn narazılıq, bulanıq gözlәrindәn zәhrimar yağan
            restoran sahibi başımızın üstünü kәsdirdi.  Amilkare onu
            görәndә yamanca sevindi vә tez-tәlәsik soruşdu:
                     1
                – Sor Covanni, mәni xatırlayırsınız?
                Üzündә tәbәssüm deyilәn şeydәn әsәr-әlamәt olmayan
            restoran sahibi qaşqabaqla cavab verdi:



             1 Sor – “sinyor” müraciәtinin qısaldılmış forması (tәrc.)
             372
   367   368   369   370   371   372   373   374   375   376   377