Page 376 - alberto moravia_Макет 1
P. 376

Alberto Moravia


                – Hә, aydın mәsәlәdir… yәqin, borudan düşüb… belә
            şeylәr olur…
                Vә başqa heç nә demәdәn öz qazançası vә tarakanı ilә
            birgә mәtbәxә keçdi. Biz sarsılmış halda bir-birimizә baxdıq.
                – Mәn acam vә yeyәcәm! – nәhayәt, Amilkare çәngәli
            әlinә götürüb dillәndi.
                Biz dә hiddәtimizi boğub onun kimi elәdik. Tәkcә Cemma
            yemәyә toxunmadı, dedi ki, iyrәnir.
                Soyuq lap güclәnmişdi; spagettini yeyәn kimi gedib
            paltolarımızı götürdük. İndi masa arxasında hamımız paltoda
            oturmuşduq. Restoran sahibi tәzәdәn peyda oldu; bu dәfә
            toyuq vә abbakkionu gәtirib tәlәsik süfrәyә düzdü. Toyuq elә
            arıq, elә quruydu ki, diş batmırdı; belәsini dördüncüdәrәcәli
            yemәkxanalarda verirlәr.  Abbakkio da tәkcә qabırğadan,
            dәridәn vә piydәn ibarәt idi, üstәlik, sәhәrdәn qaldığı, indi isә
            sadәcә olaraq qızdırıldığı aydın görünürdü. Amilkare çәngәli
            tikәyә sancıb yuxarı qaldırdı vә dәli kimi çığırdı:
                – Axı, bu, yeyilәsi şey deyil! Sahib!.. Sahib!..
                Restoran sahibi yenә öz qaşqabaqlı sifәtiylә peyda oldu.
                – Deyin görüm, siz restoran işlәtmәyinizin niyәsini mәnә
            izah edә bilәrsinizmi?
                – Bәs sizcә, mәn nә iş görmәliyәm?
                – Nә olsa! Gedin küçә süpürün, vaqon sürün, qәbirqazan
            olun, tәkcә restoran işlәtmәyin.
                Bir sözlә, öcәşmә tәzәdәn başlandı, amma bu dәfә çox
            qızışmadı, sönük şәkildә ötüşdü, çünki sahib öz qәmli
            düşüncәlәrinә elә bәrk qapılmışdı ki, hәtta incimirdi dә. Aşpaz
            papaqlı başını mәtbәxdәn bayıra çıxarıb onu çağırana qәdәr
            belәcә davam elәdi. Sahib aralanıb gedәndә Amilkare aşpazı
            sәslәdi:
                – Ey, aşpaz… Siz bizi zәhәrlәmisiniz!
                Aşpaz dәrhal yoxa çıxdı, heç ona cavab da vermәdi, biz
            isә tәzәdәn qoyun qabırğaları vә toyuq sümüklәriylә mübarizәyә
            girişdik.
                Qanımız it qanına dönmüşdü. Biz küçәdәkindәn betәr
            donurduq; bu azmış kimi, mәdәmiz pis bişirilmiş, üstәlik,

             376
   371   372   373   374   375   376   377   378   379   380   381