Page 375 - alberto moravia_Макет 1
P. 375

Şən keçən məclis


          amma ağıza vuran kimi mәlum oldu ki, spagettinin istiliyi-
          filanı yoxdur, vur-tut bir tikә ilıqlığı var, vәssalam. Sirio isә
          öz bulyonunu qaşıqla cidd-cәhdlә qarışdıra-qarışdıra sanki
          içindә qızıl tapacağına ümid edirdi. Sonra o, restoran sahibini
          çağırıb tamamilә ciddi şәkildә xәbәr aldı:
             – Siz ovçusunuz?
             Sahib sualı başa düşmәdiyini dedi. Onda Sirio soruşdu:
             – Doğrudurmu siz bu bulyonu tüfәnglә vurmusunuz?
             – Siz bununla nә demәk istәyirsiniz? – restoran sahibi
          qaşqabaqla ona baxdı.
             – Onu demәk istәyirәm ki, sizin bulyonun canına tüstü
          hopub.
             Sahib etiraz etdi, özü dә xeyli kobud tәrzdә:
             – Nә tüstü?.. Mәnim bulyonumda tüstü nә gәzir?.. Tüstü
          sizin başınızdadır!
             Rәngi ağaran Sirio sәsini bir az da qaldırdı:
             – Deyirәm ki, bulyondan tüstü iyi gәlir, demәli, siz mәnә
          inanmalısınız!
             Sahib donquldana-donquldana mәtbәxә getdi vә qazançanı
          götürüb gәldi ki, bizә bulyonun hansı әtdәn bişirildiyini
          göstәrsin. Qazançanı növbә ilә hәr birimizin burnunun altına
          tutduğu vaxt qәfil çığırtı eşidildi:
             – Tarakan! Tarakan! Tarakana baxın!
             Hamımız geri qanrıldıq. Çığıran  Amilkarenin qohumu
          Cemma idi; o, öz spagetti nimçәsindәki hansısa qara şeyi
          göstәrirdi.
             Restoran sahibi yenә höcәtliyinә saldı:
             – Nә tarakan!.. Burada tarakan nә gәzir!.. Soğandır, bir az
          yanıb... qaralıb…
             Cemma da dediyindәn dönmәdi:
             – Mәnsә sizә deyirәm ki, tarakandır… Bir baxın, ayaqları
          da görünür…
             Restoran sahibi Cemmaya yaxınlaşıb, diqqәtlә nimçәnin
          içinә baxdı; bu, hәqiqәtәn, tarakan idi. Sonra o, tarakanı
          çәngәllә tutub, soyuqqanlı tәrzdә dedi:



                                                              375
   370   371   372   373   374   375   376   377   378   379   380