Page 373 - alberto moravia_Макет 1
P. 373

Şən keçən məclis


             – Mәnim adım Covanni yox, Serafimodur… vә düzünü
          desәm, sizi xatırlamıram, yadıma gәlmirsiniz.
             Amilkare pәrtlikdәn çaşan kimi oldu, amma dәrhal da
          suallarını yağdırmağa başladı. Restoran sahibi alnını qırışdırıb
          yada salmağa çalışdı, axırda nәsә fikirlәşib qışqırdı:
             – Hә ey! İndi yadıma düşdü. Xatırladım sizi!  Yeni il
          qabağı siz burada olmuşdunuz, kolbasa ilә mәrci yemişdiniz.
             Amilkare cavab verdi ki, bәs Yeni ili evdә qarşılayıb.
             Bir sözlә, onlar bir-birini tanıya bilmәdilәr. Sonra restoran
          sahibi qolları çirkli ağ gödәkcәsinin cibindәn yemәk kartoçkasını
          çıxarıb soruşdu:
             – Sinyorlar nә buyurmaq istәyir?
             Xatirәlәrlә bağlı mәsәlә başa çatdı. Biz kartoçkaya baxan
          kimi gördük ki, burada ürәkaçan az şey var: olan yalnız
          pendirli makaron, abbakkio , toyuq, pendir, bir dә meyvәdir.
                                   1
          Öz nüfuzunun qeydinә qalan Amilkare restoran sahibini tәzәdәn
          israrla dilә tutmağa başladı:
             –  Axı sizin mәxsusi yemәyiniz olur… hә, spagetti...
          hәvәskar spagetti!
             Sahib onlarda, hәqiqәtәn dә, hәvәskar spagettinin olduğunu
          tәsdiqlәdi. Biz hamımız qәlyanaltı vә spagetti, kimsә özünә
          abbakkio, qalanlar isә qızartma toyuq sifariş verdi. O ki qaldı
          desertә – belә qәrara gәldik ki, bir az fikirlәşәk. Bu vaxt Sirio
          dedi ki, ürәyi şorba istәyir, restoran sahibi dә toyuq bulyonu
          gәtirә bilәcәyini söylәdi. Sonra hansı şәrabdan içәcәyimizi
          soruşdu: ağ, ya qırmızı; şirin, ya kәmşirin? Biz Fraskati
          çaxırını seçdik, restoran sahibi dә butulkaları, qәdәhlәri, çörәyi,
          salfetә bükülmüş süfrә lәvazimatlarını gәtirib masaya düzdü,
          özü mәtbәxә keçdi.
             Bir qәdәr gümrahlaşmış Amilkarenin dili açıldı:





          1 Abbakkio – quzu әtinin qızartması (tәrc.)
                                                              373
   368   369   370   371   372   373   374   375   376   377   378