Page 369 - alberto moravia_Макет 1
P. 369
Yük maşınının sürücüsü
Qozbel piştaxtanın arxasından çıxdı. O, balıqçı kimi
geyinmişdi: ayağında sәndәl, әynindә dizәcәn çirmәnmiş göy
balıqçı şalvarı vә yaxası qatlanmış köynәk vardı. Qapıya
yaxınlaşdığını görәndә ikimiz dә dәrhal geriyә atıldıq. Qozbel
şüşә qapını açıb, pәrdәlәri axıracan endirdi.
– Kimin ağlına gәlәrdi bu? – mәn hәyәcanımı gizlәtmәk
üçün yavaşdan dedim.
– Hm-m, – Palombi mәni heyrәtlәndirәn bir kәdәrlә cavab
verdi.
Sonra biz qaraja yollandıq vә gecәnin qalan vaxtı әrzindә
qoşqunu qaldırıb, yerә dağılan gönü ora yüklәmәklә mәşğul
olduq. Sәhәr Romaya yaxınlaşanda Palombi tanış olduğumuz
vaxtdan bәri ilk dәfә mәnimlә danışdı.
– Gördün bu ifritә qız mәnim başıma nә oyun açdı?
– Sәn nәyi deyirsәn? – tәәccüblә soruşdum.
– Bütün bunlardan sonra, – Palombi ağır-ağır vә dәrin
kәdәrlә sözünә davam elәdi, – bütün bu olanlardan sonra o
baş-bu başa gedib-gәldiyimiz bütün yol uzunu әlimi bu cür
sıxandan sonra, evlәnәcәyimi ona söz verәndәn sonra,
nişanlanandan sonra sәn gördün o neylәdi? Qozbel!
Mәn eşitdiklәrimdәn elәcә quruyub qalmışdım, Palombi
isә eyni mәyusluqla sözünә davam edirdi:
– Ona yaxşı hәdiyyәlәr alırdım: mәrcan alırdım, ipәk
yaylıq alırdım, laklı tufli alırdım. Düzü, onu sevirdim, elә
bilirdim, axtardığımı tapmışam, düşünürdüm ki, mәnә belәsi
lazımdır… O isә… Ürәyi, qәlbi olmayan nankor qızcığaz,
başqa adı yoxdur.
Sәhәrin toranlığında bizim yük maşınımız Romaya sürәtlә
şığıyarkәn Palombi susmaq bilmәdәn elә hey bu barәdә danışdı:
ağır-ağır, özüylә danışırmış kimi astadan. Mәnsә fikirlәşirdim
ki, İtaliya qatar biletinin puluna qәnaәt etmәk üçün növbә ilә
hәr ikimizi aldadırmış. Palombinin danışdığı sözlәr mәni
әmәlli-başlı qıcıqlandırır, az qala, cin atına mindirirdi, çünki
369