Page 366 - alberto moravia_Макет 1
P. 366

Alberto Moravia


            bunsuz ötüşmәyә isә hәlә vәrdişkar deyildim. Artıq o hәddә
            çatmışdım ki, İtaliya üzümә baxıb, mәni nә cürsә xüsusi
            baxışla süzәndә bundan uşaq kimi tәsirlәnir, gözüm yaşla
            dolurdu. Az qala, әriyib gedirdim, amma mәnә elә gәlirdi ki,
            bu, kişiyә yaraşmayan zәiflik әlamәtidir; di gәl, göz yaşlarımı
            boğmağa çalışsam da, heç cür bacarmırdım. Sükan arxasında
            özüm oturanda, biz Palombinin yuxulamasından istifadә edib
            astadan danışırdıq. Nә barәdә danışmağımız qәti yadımda
            deyil: bu da ona dәlalәt edir ki, söhbәt boş şeylәrdәn, zarafat-
            lardan, sevgililәr arasındakı adi naqqallıqdan ibarәt idi. Amma
            yadımdadır ki, vaxt yaman tez keçirdi: hәtta  Terraçinanın
            bitib-tükәnmәz şosesi dә, möcüzә kimi, bir andaca arxada
            qalırdı. Mәn sürәti yavaşıdıb saatda otuz, hәtta iyirmi kilometrә
            salırdım, belә ki, az qala, arabalar da bizi ötüb keçirdi, amma
            yol yenә dә çox tez başa çatır vә İtaliya düşüb gedirdi. Gecәlәr
            lap yaxşı keçirdi: şosedә, demәk olar ki, maşın gözә dәymirdi,
            mәn dә bir әlimlә sükandan yapışıb, o biri әlimlә İtaliyanı
            qucaqlayırdım. Qaranlıqda qarşıdan gәlәn maşınların faraları
            yanıb-sönәndә ürәyimdәn keçirdi ki, onların siqnallarına cavab
            verәn mәnim maşınımın işıqları necә xoşbәxt olduğumu
            söylәyәn hansısa sözlәrә çevrilsinlәr. Mәsәlәn: mәn İtaliyanı
            sevirәm, İtaliya da mәni sevir.
                Palombi ya heç nә sezmirdi, ya da görmәzliyә vurur,
            özünü belә göstәrirdi ki, guya heç nәdәn xәbәri yoxdur.
            İtaliyanın tez-tez bizimlә getmәsinә o, bircә dәfә dә etiraz
            etmәmişdi. Qız kabinәyә keçәndә Palombi salam işarәsi kimi
            heyvansayağı xortuldayır vә çәkilib yanımızda ona yer
            düzәldirdi. İtaliya hәmişә ortada otururdu, çünki mәn şoseyә
            göz qoymalı, başqa maşını ötüb-keçәrkәn qabaqda yolun boş
            olub-olmadığını Palombiyә xәbәr vermәliydim. Hәtta sevginin
            şiddәtindәn ağlımı itirib maşının qabaq şüşәsinә İtaliyanı
            xatırladacaq nәsә yazanda da Palombi buna heç bir etiraz
            bildirmәmişdi. Mәn bir qәdәr fikirlәşib şüşәdә iri hәrflәrlә
            yazmışdım: “Yaşasın İtaliya”. Palombi o dәrәcәdә kütbeyin


             366
   361   362   363   364   365   366   367   368   369   370   371