Page 362 - alberto moravia_Макет 1
P. 362
Alberto Moravia
– Sәninçün lap pis… Elә bilirsәn bu әsginas havayı başa
gәlib? O, mәnә düz üç yüz lirәyә oturmuşdu… Mәn yox, sәn
mәnә itkinin әvәzini ödәmәlisәn.
Bir xeyli çәnә-boğaz olduq, amma Stayano mәnә bir quruş
da vermәk istәmirdi. Axırda onu yalan danışmaqda, kәf
gәlmәkdә günahlandıranda, Stayano verdiyim min lirәlik
әsginasları cibindәn çıxartdı vә gözümün qabağındaca tikә-
tikә elәyib nova tulladı. Әn çox xәtrimә dәyәnsә gedәrkәn
mәnә dediyi sözlәr oldu:
– Namuslu, ciddi, mәsul işlәr sәnlik deyil. Sәndәn iyirmi
yaş böyüyәm, icazә ver deyim ki… sәn çox bivec,
yüngülxasiyyәt, sәhlәnkar adamsan… Sәninki elә qara bazarda
siqaret satmaqdır, başqa heç bir işә yaramırsan. Di haydı, xoş
getdin, cavan oğlan!
362