Page 361 - alberto moravia_Макет 1
P. 361

Saxta əsginas

             Bunu deyib kartı açdı vә gördüm ki, udmuşam. Mәn bu
          fәndi çox yaxşı bilirdim, hәtta fırıldağı necә elәdiklәrindәn dә
          xәbәrdaram, ancaq, ola bilsin, bәrk yorulduğumdan, ümid
          edirdim ki, gündәlik xәrcimin әvәzini qaytara bilәrәm. Çox da
          baş sındırmayıb, daha doqquz yüz lirәni karta qoydum. Bu
          dәfә, gözlәnildiyi kimi, uduzdum vә oradan rәdd olub getdim.
          Fikirlәşdim ki, düz iki min lirә pul sәrf etmişәm vә indi
          payıma min lirәdәn çox düşmәyәcәk. Amma heç demә, әsl
          hәngamә mәni hәlә irәlidә – Riçorcimento meydanının bağında,
          Stayano ilә görüşdә gözlәyirmiş.
             Biz bağın xәlvәt guşәsinә çәkildik vә gәtirdiyim әsginasları
          sayıb verәrkәn, Stayano, demәk olar ki, pullara baxmadan
          tәkrarlamağa başladı, axıra kimi dә öz dediyini dedi:
             – Saxtadır, saxtadır, bu da saxtadır, bu da, bu da...
             O, әsginasları hirslә cibinә soxa-soxa düz mәnim üzümә
          baxıb eyni sözlәri tәkrarlayırdı:
             – Sәnin bütün kağızların saxtadır… Özü dә bu, bizim
          işimiz deyil... Biz tәmiz iş görürük… Daha bunlardan da
          saxtası olmur. Bundan betәri, bәlkә, üzәrindә “Mәhәbbәt
          bankı”, yaxud “Min-min öpüş” yazılan kağızlar olar. Nә
          deyәsәn axı, bәrәkallah sәnә!
             Yerimdә quruyub qalmışdım. Stayano isә davam edirdi:
             – Mәnim verdiyim onminlik әsginas gerçәk puldan qәti
          seçilmirdi, sәnsә mәnә doqquz dәnә elәsindәn gәtirmisәn ki,
          bunları heç gözdәn zәlilә dә sırımaq olmaz.
             Onda mәn dedim:
             – Heç olmasa, xәrclәrimin әvәzini mәnә qaytar.
             – Sәn hansı xәrclәrdәn danışırsan?
             Axşam üç min qazanacağıma arxayın olub, gün әrzindә
          ora-bura düz iki min lirәdәn çox xәrclәmişdim.




                                                              361
   356   357   358   359   360   361   362   363   364   365   366