Page 365 - alberto moravia_Макет 1
P. 365

Yük maşınının sürücüsü


             Qızın göz deşәn açıq-saçıq görkәmi vardı – başqa söz
          deyә bilmәzsәn. Qeyri-adi dәrәcәdә uzun bel, uzun boğaz vә
          düz baldırlarınacan әndamına kip oturmuş nazik sviteri yırtıb-
          çıxan dik sinә. Qara saçlı balaca başı, iri, yaşıl gözlәri vardı.
          Amma ayaqları qısa vә әyri idi, lap elә bil dizlәrini qatlayıb
          gәzirdi. Bir sözlә, gözәl qız deyildi, – intәhası, gözәldәn daha
          yaxşı idi. İtaliya bunu mәnә elә ilk sәfәrimizdәcә sübut etdi:
          Çistern yoxuşunu qalxanda sükan arxasına Palombi keçmişdi,
          qız da әlimi әlinә alıb yaxşıca sıxırdı. Mәnim Palombini әvәz
          elәdiyim Velletriyә çatana qәdәr İtaliya belәcә әlimi ovcunun
          içindә saxlayıb buraxmadı. Yay fәsli, saat dörd radәlәri, günün
          әn isti vaxtıydı – bizim әllәrimiz tәrdәn islanıb sürüşkәn
          olmuşdu, amma qız hәrdәnbir öz yaşıl qaraçı gözlәrini gözümә
          zillәyirdi vә onda bütün varlığımla hiss edirdim ki, xeyli
          müddәtdi  mәnimçün yalnız asfalt zolağından ibarәt olmuş
          hәyat tәzәdәn üzümә gülümsәmәyә başlayır. İndi mәn axtardı -
          ğımı – haqqında düşünmәk mümkün olan qadını tapmışdım.
          Çisternlә Velletri arasındakı yolda Palombi maşını saxlayıb
          şinlәri yoxlamaq üçün yerә düşәndә mәn bundan istifadә edib
          İtaliyanı öpdüm dә.  Velletriyә çatanda isә ortağımı
          mәmnuniyyәtlә әvәzlәdim: әl sıxmaq vә öpüş bugünlük enimә
          dә bәs idi, uzunuma da.
             Hәmin vaxtdan etibarәn İtaliya müntәzәm olaraq hәftәdә
          bir, bәzәn dә iki dәfә onu Romadan  Terraçinaya vә geri
          aparmağımızı bizdәn xahiş edirdi. Adәtәn, sәhәr tezdәn әlindәki
          hansısa bağlama, yaxud kiçik çamadanla divarın yanında
          durub yolumuzu gözlәyir, sükan arxasında Palombi olurdusa,
          maşına әylәşәndәn sonra ta Terraçinaya qәdәr әlimi әlinә alıb
          sıxırdı. Neapoldan qayıdanda isә bizi Terraçinada gözlәyirdi;
          kabinәyә dırmaşıb böyrümdә әylәşir, sonra da әlsıxma tәzәdәn
          başlayırdı. Palombinin gözündәn yayınanda xәlvәti öpüşlәr
          dә baş verirdi, baxmayaraq ki, İtaliya buna çox da hәvәsli
          deyildi. Bir sözlә, mәn әmәlli-başlı aşiq olmuşdum. Ola bilsin,
          bu hәm dә ona görәydi ki, çoxdandı heç bir qadını sevmәmişdim,


                                                              365
   360   361   362   363   364   365   366   367   368   369   370