Page 363 - alberto moravia_Макет 1
P. 363

YÜK MAŞINININ SÜRÜCÜSÜ

             Mәn arıq vә әsәbiyәm; әllәrim çöp kimi, ayaqlarım uzun
          vә nazikdir, qarnım isә, az qala, belimә yapışıb, şalvar әynimdә
          güclә durur. Bir sözlә, mәn yük maşını sürücüsünә qәtiyyәn
          oxşamıram.
             Siz bir onlara diqqәt yetirin: hamısı sağlam, enlikürәk
          cavanlardır; әllәri yükdaşıyanlarınkı kimidir, nәinki sinәlәri,
          hәtta qarınları da әzәlәlidir. Çünki yük maşınının sürücüsündәn
          ötrü, әn başlıcası – әl, kürәk, bir dә qarındır. Möhkәm әllәr –
          diametri qolların uzunluğundan azacıq gödәk olan sükanı
          hәrlәtmәk üçündür, dağ yollarında hәrdәn sükanı tam şәkildә
          fırlatmaq lazım gәlir; kürәk – ondan ötrüdür ki, quruyub
          qaxaca dönmәdәn saatlarla eyni vәziyyәtdә qalmağa dözә
          bilsin; o ki qaldı qarına – hә, qarın gәrәk oturacağa möhkәm
          pәrçimlәnib, onunla nә cürsә vәhdәt tәşkil elәsin. Bunlar fiziki
          göstәricilәrә aiddir. Öz xarakterimә görә isә mәn bu iş üçün
          daha az yararlıyam. Yük maşınının sürücüsü sinirsiz olmalıdır;
          o, kәnar şeylәr barәsindә düşünmәmәli, heç nәyin dәrdini,
          qayğısını çәkmәmәlidir. Uzun reyslәr adamı yorub әldәn salır;
          belә reyslәr hәtta buğanın da axırına çıxmağa qabildir. Qaldı
          ki qadınlar – sürücü dә, dәnizçi kimi, qadınları beynindәn
          biryolluq silib atmalı, onların barәsindә hәr şeydәn az
          düşünmәlidir, yoxsa saysız-hesabsız gediş-dönüşlәr, bitib-
          tükәnmәz sәfәrlәr yazığı dәli elәyәr. Bu cür narahat fikirlәr
          şәxsәn mәni hәmişә didib-parçalayır, lap axırıma çıxır. Tem-
          perament baxımından mәn melanxolikәm, qadınları da yaman
          xoşlayıram.
             Baxmayaraq ki, bu peşә açıq-aşkar mәnlik deyil, yenә dә
          yük maşınının sürücüsü olmaq niyyәtinә düşdüm, hәlә nәqliyyat
          şirkәtindә işә düzәlmәk dә qismәtim oldu. Ortaq kimi mәnә
          hansısa Palombini, necә deyәrlәr, xalis heyvanın birisini

                                                              363
   358   359   360   361   362   363   364   365   366   367   368