Page 370 - alberto moravia_Макет 1
P. 370
Alberto Moravia
onun dilә gәtirdiyi sözlәri elә mәn dә deyә bilәrdim; hәm dә o
sәbәbdәn ki, Palombinin deyimindә bu sözlәr mәnә çox
gülmәli görsәnirdi. Nәhayәt, yazığın sözünü kobud şәkildә
kәsdim:
– Bәsdi bu zibildәn danışdın… Özün dә әl çәk yaxamdan,
yatmaq istәyirәm.
– Bәzi şeylәr adamın ürәyini ağrıdır, – zavallı Palombi
bunu deyib susdu; Romaya çatanacan daha bir kәlmә dә
danışmadı.
Ürәyimә çökmüş ağır nisgil bir neçә ay çәkilib getmәdi.
Şose mәnimçün yenә әvvәlki kimi olmuşdu: gün әrzindә iki
dәfә udmağa, sonra tәzәdәn çölә tüpürmәyә mәcbur olduğun
uzun vә zәhlәtökәn saqqız kimi. Amma mәni peşәmi dәyişmәyә
mәcbur edәn başqa şey oldu: İtaliyanın hәmin o Neapol
şosesindәcә osteriya açması. Hәlә qapının üstündәn lövhә dә
asmışdı: “Sürücülәrin sığınacağı”. Sığınacağa bax ha! Bu
sığınacağa gedib çatmaq üçün gәrәk yüz kilometrlәrlә yol
ölçәsәn! Әlbәttә, biz orada heç vaxt çox lәngimirdik, intәhası,
piştaxta arxasındakı İtaliyanı vә ona pivә şüşәsi verәn, stәkan
daşıyan qozbeli görmәk mәnә qәtiyyәn xoş deyildi. Axırda bu
işdәn çıxdım. Qabaq şüşәsinә “Yaşasın İtaliya” sözlәri yazılmış
Palombinin sürdüyü yük maşını isә hәlә dә reyslәrә davam
edir.
370