Page 374 - alberto moravia_Макет 1
P. 374
Alberto Moravia
– Hә bura necәdir, xoşunuza gәlirmi? Yaxşı yerdir, elә
deyil?
Biz kirimişcә baxışdıq, sonra Sirio ümumi rәyi bildirdi:
– Yaxşı olub-olmadığını görәcәyik… Hәlәliksә özümü elә
hiss edirәm ki, elә bil ictimai ayaqyolundayam.
Bu cavab Amilkarenin könlünә yatmadı vә hәmin dәqiqә
Sirio ilә aralarında mübahisә yarandı.
– Sәn hәmişә hamının kefinә soğan doğrayırsan…
– Sәnsә tәki pula qәnaәt edәsәn…
– Sәnin bu mәdә xorasıyla restoranda nә itin azıb…
– Sәnsә yemәyә pәrgarsan, intәhası, cibindәn pul çıxmır…
Vә sairә, vә ilaxır.
Bu arada vaxt da ötüb-keçirdi, süfrәyә isә, hәlә ki, heç nә
verilmәmişdi vә biz, adәtәn, pis restoranlarda olduğu kimi,
nәdәn gәldi danışa-danışa çaxıra, yavan çörәyә girişmişdik.
Dәhşәtli soyuq vardı: hamımızın ayaqlarımız donmuş, be-
limiz quruyub qaxaca dönmüşdü. Çaxırdan nә qәdәr çox
içirdiksә, qızışmaq әvәzinә bir o qәdәr bәrk üşüyürdük, çünki
Sirionun tәsdiqlәdiyi kimi, deyәsәn, çaxıra bolluca su qatılmışdı.
Axırda Amilkarenin sәbri tükәndi, özü durub mәtbәxә yollandı,
tez dә razı görkәmlә qayıdıb bildirdi ki, indicә yemәklәr
süfrәyә verilәcәk. Doğrudan da, Amilkare sözünü bitirmәmiş
restoran sahibi bizimçün qәlyanaltı gәtirib gәldi. Biz nimçәlәrә
boylandıq: әsl biabırçılıq! Bir cüt әnginar, nazik vetçina dilimi,
bir dәnә dә sardina. Sirio Amilkareyә üz tutdu:
– Deyәsәn, sәnin bugünkü qonaqlığından fәrli bir şey
çıxmayacaq.
Guya yemәyә әl uzatdıq, amma hamı әlbәәl üz-gözünü
turşutdu ki, bәs vetçina qır duzdu, dilә vurulası deyil.
– Yәqin, Afrika vetçinasıdır, – Sirio dedi; deyәsәn, o,
qarşısına mәqsәd qoymuşdu ki, bütün axşamı Amilkareni
qıcıqlandırsın.
Bir sözlә, bütün qәlyanaltılar elә nimçәdәcә qaldı. Yaxşı
ki, bu vaxt qarnımızı bәrkitmәk üçün spagetti masaya verildi.
Xörәkdәn buğ çıxırdı, çünki içәrinin havası dәhşәt soyuq idi;
374