Page 377 - alberto moravia_Макет 1
P. 377
Şən keçən məclis
çәtin hәzm olunan cürbәcür zir-zibillә dolmuşdu. Necә sәhvә
yol verdiyini, nәhayәt ki, başa düşmüş Amilkare vәziyyәti,
heç olmasa, bir balaca düzәltmәk istәyirdi, odur ki, iki şüşә
qırmızı çaxırla biskvit sifariş verdi. Bütün axşam әrzindә
yeganә layiqli şey elә yalnız bunlar oldu: çaxırla biskvit.
Ancaq bu işdә sahibin heç bir xidmәti yox idi; şüşәlәr
ağzıbağlıydı, biskvit isә Milandan gәtirilmişdi. Biz barbera
çaxırından içib, üstündәn biskvit yedik vә bir az qızışdıq.
Bu arada restoran boşalmışdı; bizdәn başqa, içәridә yalnız
qonşu masadakı cavanların dәstәsi qalmışdı. Hamısı kart
oynayırdı; tezliklә sahiblә aşpaz da gәlib onlara qoşuldu.
Bütün axşamı Cemma ilә zarafatlaşmaqdan yorulmayan Remo
indi dә çaxırdan qızışıb oxumaq eşqinә düşmüşdü. Desert
süfrәsi arxasında oxumaq Remonun köhnә adәtiydi. Heç dә
onu demәk istәmirәm ki, pis oxuyur, intәhası, oxuduğu hәmişә
eyni mahnılar olurdu vә biz onların hamısını әzbәr bilirdik.
Bu axşam Remo, tәbii ki, dәstәmizә ilk dәfә qoşulmuş Cemma
üçün oxumaq istәyirdi vә biz onun bu niyyәtini bildiyimizdәn
qulaq asmağa razılaşdıq. Lakin Remonun nә oxumağını
bilmәyiniz üçün gәrәk bunu tәsvir edim.
Remo bәstәboy, qarayanızdır; buruq tellәri ensiz alnını
örtüb, qan çәkmiş gözlәri qıyıqdır. Bununla belә, yәni zahiri
görkәminin bu cür köntöylüyünә baxmayaraq, oxuyanda heç
dә bayağı görsәnmir, әksinә, sanki gözә şirin gәlir. O, mahnını
ünvanladığı qızın әlindәn yapışıb qarşısında tәzim edir, gözlәrini
qıyıb dodaqlarını bant kimi yığaraq öz hәzin, ehtiraslı sәsiylә
pәsdәn oxuyur. Üstәlik dә, oxuduğu bütün mahnıların qafiyәsi
eyni cürdür: ya “rәt”lә bitir (heyrәt, qeyrәt, hәsrәt, nifrәt), ya
“man”la (aman, yaman, zaman, duman).
Belәliklә, bu axşam Remo öz adәti üzrә Cemmanın әlindәn
yapışıb, üzünü ona yaxınlaşdıraraq oxumağa başladı, biz dә
çaşqınlıq içindә susub ona baxırdıq. Cemma gülümsünür vә
bu tәbәssüm Remonu daha da ruhlandırırdı – mahnının birini
bitirәn kimi ikincisinә keçdi. Bu arada qonşu masadakılar da
377