Page 381 - alberto moravia_Макет 1
P. 381

Bürkü zarafatları

          çarәsi yoxdur, ya da gәrәk evdәn biryolluq baş götürüb
          getsinlәr.
             Belә isti günlәrin birindә ailәdә sözüm hamıyla çәp gәldi:
          arvadımı ona görә acıladım ki, şorba qaynar idi vә onu qır duz
          elәmişdi; qaynıma o sәbәbdәn hirslәndim ki, arvadımın tәrәfini
          saxlayırdı, halbuki işsiz-gücsüz qalıb boynumda oturduğundan
          buna qәti haqqı çatmırdı; baldızımın mәnә qahmar çıxması
          sәbir kasamı lap daşdırmışdı, çünki altdan-altdan mәnә
          vurulduğunu, indi dә işvәkarlıq etdiyini yaxşı bilirdim; anama
          çәmkirmәyim onun üstündә oldu ki, mәni elә hey sakitlәşdirmәyә
          çalışırdı; atam israrla tәlәb edirdi ki, bir tikә öynәsini rahat
          yemәyә ona imkan versinlәr vә elә bu hikkәsiylә dә mәni
          tamam hövsәlәdәn çıxartdı; nәhayәt, qızıma ondan yana acığım
          tutdu ki, hönkürtüsü başıma düşmüşdü.
             Axırda yerimdәn sıçrayıb qalxdım, stulun başından pencәyimi
          qapıb, sözümü birbaşa üzlәrinә dedim:
             – Bilirsiniz nә var? Siz mәni boğaza yığmısınız. Bir dә
          okt yabrda görüşәrik, havalar sәrinlәyәndә.
             Vә evdәn getdim.
             Arvadım yazıq pillәkәnә cumdu, sürahıdan aşağı әyilib
          qışqırdı ki, bәs mәnim xoşladığım xiyar salatı da var. Cavabım
          belә oldu: “Özün ye”.
             Vә küçәyә çıxdım.
             Biz Ostienze ilә üzbәüzdә yaşayırıq. Küçәni keçib çay
          limanının yanındakı çuqun körpüyә tәrәf yönәldim. Saat iki –
          günün әn isti vaxtıdır; sirokkonun ucbatından sәma göyә çalan
          qurğuşun rәngindә, lap elә bil göyәrmiş göz kimiydi. Körpüyә
          çatıb sürahıya dirsәklәndim, gündәn qızmış dәmir әlimi
          yandırdı. Sahil küçәlәrinin arasında sıxılmış Tibr öz bulanıq,
          sarımtıl suyu ilә lap qanova oxşayırdı. Binanın yanıb qaralmış
          karkasını xatırladan Qazqolder, silos qüllәlәri, boru xәtlәri, iri
          benzin çәnlәri, qaz zavodunun sobaları, istilik-elektrik mәrkәzinin
          şişuclu damı uzaqda üfüq xәttini büsbütün dövrәlәmişdi vә
          adama elә gәlirdi ki, sanki bura Roma yox, Şimalın hansısa


                                                              381
   376   377   378   379   380   381   382   383   384   385   386