Page 383 - alberto moravia_Макет 1
P. 383

Bürkü zarafatları


          içindә olduğundan başı çalağan başına bәnzәyirdi. Geyimi
          sadә, hәm dә biçimsiz idi. Buna heç paltar da demәzdin – ikisi
          qollarının, ikisi dә ayaqlarının keçmәsi üçün olan dörd dәlikdәn
          ibarәt çuval.
             – Sәn hәkim deyilsәn ki? – ona tәrәf çönәndә qız soruşdu:
             – Yox, – dedim. – Nolub ki? Sәnә hәkim lazımdır?
             – Әgәr hәkimsәnsә, onda keç içәri. Anamın halı pisdir.
             Hәkim olmadığıma qızı inandırmağa çalışmadım vә qapıdan
          içәri girdim. İlk anda mәnә elә gәldi ki, Kampio di Fyori
          bazarındakı köhnә-kürüşçünün dükanına düşmüşәm. Tavandan
          hәr cür avadanlıq asılmışdı: paltar, corab, çәkmә, әsgi-üsgü,
          qab-qacaq, müxtәlif mәtbәx әşyaları. Amma sonra anladım ki,
          daxmada mebel olmadığından bunların hamısını mıxdan
          asmağa mәcbur olublar. Sallanan әşyalara toxunmasın deyә
          başımı әyib içәrini gözdәn keçirmәyә başladım ki, görüm bu
          uşağın anası haradadır. Bu vaxt qız oğrun-oğrun mәnә küncdәki
          cır-cında topasını nişan verdi. Baxanda gördüm ki, qızın
          göstәrdiyi bu cındır qalağı alışıb-yanan bir gözüylә düz mәnim
          üzümә baxır; o biri göz isә bir çәngә ağ saçın arxasında it-bata
          düşmüşdü. Qadının görkәmi mәni dәhşәtә gәtirdi: çox qoca
          görsәnsә dә, hәlә xeyli cavan olduğu aydın bilinirdi.
             Baxışlarımı tutub birdәn-birә dillәndi:
             – Nә qәdәr ki ölmәyiblәr, tanışlar bu dünyada hәmişә
          rastlaşırlar.
             Qız qәhqәhә çәkdi, sanki әylәncәli bir tamaşaya baxırdı;
          sonra sallağı oturub boş konserv bankalarıyla oynamağa
          başladı.
             – Düzünә qalsa, mәn sәni tanımıram, – dedim. – Kimsәn
          sәn? Bu uşaq sәnin qızındır?
             – Bәs necә?! – qadın cavab verdi. – O, elә sәnin dә
          qızındır…
             Qız yenә başını qaldırmadan bic-bic pıqqıldadı. Mәn bunu
          zarafata yozdum vә qadına belә cavab verdim:


                                                              383
   378   379   380   381   382   383   384   385   386   387   388