Page 385 - alberto moravia_Макет 1
P. 385
Bürkü zarafatları
– Hә, demәli, belә, demәli, sәn Rapelli deyilsәn…
Sonra bir böyrünü çәkә-çәkә yaxınlaşdı, mәni diqqәtlә
süzüb qışqırdı:
– Sәn Rapellisәn! Allahın da, bәndәnin dә qarşısında sәn
xalis Rapellisәn ki, durmusan!
– Başa düşürәm, başa düşürәm, – dedim. – Sәn özünü pis
hiss edirsәn. İcazәnizlә, mәn gedim.
– Yox, dayan bir dәqiqә!.. Belә tez olmaz!
Qız ürәkdәn şәnlәnә-şәnlәnә bizim böyrümüzdә atılıb-
düşür, başımıza fırlanırdı. Qadın yenә kinayәyә, tikanlı sözlәrә
keçdi.
– Ernesto! Arvadını atan, evdәn әkilәn, bütün ilboyu gözә
görükmәyәn sinyor Ernesto… Bәs heç xәbәrin var ki, sәn
yoxa çıxanda, hardasa itib-batanda biz balaca uşaqla bütün bu
ili necә dolanmışıq?
– Yox, xәbәrim yoxdur, – sәrt şәkildә bildirdim. – Bilmirәm,
heç bilmәk dә istәmirәm. Әl çәk mәndәn, burax, çıxım gedim.
– Gәl bunu ona söylә, – qadın qıza qışqırdı. – Gәl bizim
nәylә yaşadığımızı, necә dolandığımızı öz atana danış!
– Lap yaxşı danışaram, – qız bunu hazırlıqlı şәkildә, uza-
da-uzada deyib, öz növbәsindә mәnә yaxınlaşdı.
Boynuma alım ki, tamam karıxıb qalmışdım. Bütün bu
tәsadüflәr: hәqiqәtәn, evdәn әkilmәyim, adımın Ernesto olması,
üstәlik dә, hәm arvadımın, hәm qızımın varlığı әsәblәrimә
toxunub mәni әmәlli-başlı yerimdәn oynatmışdı. Artıq mәnә
elә gәlirdi ki, özüm yox, bir başqasıyam, eyni zamanda da
sanki elә özümәm, amma hәmişә olduğumdan fәrqli şәkildә.
Qadın isә görәndә ki, çaşıb qalmışam, birbaşa sifәtimә çımxırdı:
– Bәs sәn bilirsәn ailәsini atan kişini nә gözlәyir? Ka-
torqa… Qandınmı, cani! Katorqa!
Bu yerdә artıq qorxuya düşüb xoflandım vә sakitcә qapıya
tәrәf döndüm ki, buradan çıxıb rәdd olum. Amma qәfildәn
gördüm ki, kandarda kimsә dayanıb düz bizә baxır. Bu,
385