Page 386 - alberto moravia_Макет 1
P. 386
Alberto Moravia
kasıbyana, lakin tәmiz geyinmiş arıq, çәlimsiz bir qadın idi.
Mәnim çaşqınlığımı, tәәccüb dolu sifәtimi görüb dedi:
– Ona qulaq asmayın… Ağlı yerindә deyil… Kişi xeylağı
görәn kimi, elә bilir әridir… Onun bu murdar qızcığazı isә
yoldan ötәnlәri qәsdәn evә çağırır ki, әylәnsin, baxsın ki,
anası necә qışqırır, ağzına gәlәni necә çәrәnlәyir… İndi mәn
sәnin dәrsini verәrәm, ifritә!
Qadın qolunu fırlatdı ki, qıza şillә ilişdirsin, ancaq qız
şillәdәn qıvraqcasına yayınıb, yenidәn mәnim yan-yörәmdә
atılıb-düşmәyә, şәn halda oxumağa başladı:
– Amma inanmışdın ha! Yaman inanmışdın ha! Düzdürmü,
inanmışdın? Hә, qorxmuşdun… qorxmuşdun… qorxmuşdun…
– Elvira, bu kişi sәnin әrin deyil, – qadın mülayim sәslә
dedi.
Elvira kirimişcә qırağa çәkilib aralandı, yenidәn komanın
küncündә büzüşüb-qaldı. Qadın içәri girib sobanın kömürünü
qurdaladı.
– Mәn bunlarçün yemәk hazırlayıram. Bunlar, hәqiqәtәn,
sәdәqә hesabına yaşayırlar, amma әri onu atmayıb, sadәcә
ölüb.
Bugünlük bәsim idi. Cibimdәn yüz lirә çıxarıb qıza verdim;
o da aldı, heç tәşәkkür dә elәmәdi. Sonra komadan çıxdım vә
birbaşa geriyә döndüm: cığırla, asfalt yolla gәlib körpüdәn
keçdim, via Ostienzedәki evimә qayıtdım.
Mağaraya bәnzәyәn daxmanın boğanağından sonra evimiz
mәnә çox sәrin görsәndi. Mebel az, otaq xeyli geniş olsa da, o
bәdbәxtlәrin öz cındalarını mıxdan asdıqları komalarından
qat-qat yaxşı idi. Mәtbәxdә artıq hәr şey yığışdırılmışdı;
arvadım mәndәn ötrü gizlәdib saxladığı xiyar salatını çıxarıb
masanın üstünә qoydu vә mәn çanağın yanında dayanıb qabları
yuyan arvadıma baxa-baxa onu çörәklә yemәyә başladım.
Sonra sakitcә yerimdәn qalxdım, yaxınlaşıb arvadımın boynundan
öpdüm vә biz barışdıq.
386