Page 384 - alberto moravia_Макет 1
P. 384

Alberto Moravia


                – Nә bilmәk olar: bәlkә, mәnimkidir, bәlkә dә, bir başqa -
            sının kı.
                – Yox, – qadın bu sözә bәndmiş kimi torpaq döşәmәdәn
            dikәlib barmağını üstümә tuşladı. – Sәninkidir, yalnız sәninki…
            Sәn heç bilirsәn kimsәn? Avaranın, qorxağın, tәnbәlin, yaramazın
            yekәsi!
                Qadın tәhqirә keçәrkәn qız da bәrkdәn gülmәyә başladı,
            sanki bayaqdan elә bu sözlәri gözlәyirdi.
                – Dilinә yiyәlik elә, – hirsimi boğa bilmәdim, – mәn axı
            dedim ki, sәni tanımıram.
                – Belә söylә, demәk mәni tanımırsan?.. Tanımırsan, amma
            hәr necә olsa, bura qayıtdın, elәmi? Әgәr mәni tanımırsansa,
            onda bәs evin yolunu necә tapdın?
                – Qorxaq-yaramaz, qorxaq-yaramaz, – qızcığaz pәsdәn
            oxumağa başladı.
                Bürküdәn vә hiddәtdәn mәni tәr basmışdı. Cavab verdim
            ki, bәs buradan tәsadüfәn keçirdim.
                – Ah, zavallı, – qadın kinayә ilә dillәndi vә çönüb qıza
            әmr elәdi: – Çantanı mәnә ver görüm.
                Qız qara mәxmәrdәn olan cırıq, çirkli çantanı qıvraqcasına
            mıxdan dartıb çıxartdı vә aparıb anasına verdi. Qadın çantanı
            açdı, içindәn kağız vәrәqi çıxarıb hiddәtlә dedi:
                – Ernesto Rapelli! Bu da sәnә nikah şәhadәtnamәsi: Elvira
            Proetti, Ernesto Rapellinin arvadı…  Yoxsa yenә
            dәbbәlәyәcәksәn?
                İşә bax ki, mәnim adım, hәqiqәtәn, Ernestodur. Bu tәsadüfә
            mat qaldım.
                – Amma mәn Rapelli deyilәm, – çaşqın halda dillәndim.
                – Belә de. Demәli, sәn Rapelli deyilsәn?
                Qız indi belә oxuyurdu:
                – Ernesto, Er-nes-to...
                Qadın ayağa qalxdı. Zәnnimdә yanılmamışdım: saçı ağ,
            sifәti qırış-qırış, damağı dişsiz olsa da, aydın görünürdü ki,
            yaşı otuzdan artıq deyil.

             384
   379   380   381   382   383   384   385   386   387   388   389