Page 380 - alberto moravia_Макет 1
P. 380
BÜRKÜ ZARAFATLARI
Yәqin, hәlә çox cavan olduğumdan, özümü kişi kimi, ailә
başçısı kimi hiss etmәyә alışmadığımdan yayda hәmişә aradan
çıxmaq, baş götürüb harasa getmәk hәvәsinә düşürәm. İlin bu
qaynar fәslindә, adәtәn, Romadakı zәngin evlәrin pәncәrә
qapaqları sәhәrdәn kip örtülü olur, geniş otaqlar gecәnin tәmiz
vә sәrin havasını özündә saxlayır. Belә mәnzillәrdә hәmişә
hәr şey öz yerindәdir, hamısı da tәrtәmiz, yığışdırılmış, sәliqә-
sahmanlı. Yarıqaranlıqda gümüşü güzgülәrin, laklı mebellәrin,
mәrmәr döşәmәlәrin parıltısı göz oxşayır, hәtta içәrinin
sakitliyindә nәsә bir sәrinlik, rahatlıq duyulur. İçmәk istәsәn,
buyur, mәcmәyidә sәninçün soyuq içki, büllur qәdәhdә limonad,
yaxud portağal suyu gәtirirlәr; qarışdıranda da bir parça buz
qәdәhin içindә lәzzәtlә cingildәyir. Tәkcә elә bu cingilti yetәr
ki, tәpәdәn-dırnağa tәzәlәnәsәn.
Kasıb evlәrdә isә vәziyyәt başqa cürdür. İstilәrin düşdüyü
birinci gündәncә bürkü boğanaq otaqları öz çәnginә alıb,
bütün yayı oradan çıxmır. İçmәk istәyirsәn, di gәl ki, krandan
axan su bulyon kimi ilıqdır. İçәridә isә tәrpәnmәyә yer yoxdur.
Әşyalar sanki şişib, hamısı da, az qala, adamın gözünә girir –
mebel dә, pal-paltar da, qab-qacaq da. Otaqda hamı pencәksiz
oturur, tәr iyi gәlәn köynәklәr isә, onsuz da, nәmdir. Pәncәrәni bağla -
san – boğularsan, çünki gecәnin saf havası altı adamın yatdığı
bu iki-üç qәfәsciyә girә bilmir; açıq pәncәrәlәrdәn mәnzilә
soxulan qızmar günәş şüaları isә küçәnin bütün iylәrini –
qızmar dәmirin, tәr vә tozun qoxusunu içәri doldurur.
İstilәrin düşmәsi ilә insanların xasiyyәti dә korlanır; hamı
әn xırda şeylәrә görә qıcıqlanır, sinirlәnir, bir-biriylә öcәşir.
İmkanlı adam belә vәziyyәtdә, әlbәttә ki, durub özünü bir
küncә verәr, iki-üç otaq o yana, gözdәniraq bir yerә çәkilәr.
Amma kasıbların yağlı sala boşqabları vә bulaşıq stәkanların
arxasında bir-biriylә burun-buruna oturub qalmaqdan başqa
380