Page 378 - alberto moravia_Макет 1
P. 378
Alberto Moravia
sәslәrini qısıb, gözlәrini kirimişcә bizә zillәdilәr; amma az
sonra gülüşmә eşidildi. Cavanlardan biri Remonu yamsılayaraq
onun ağzını әymәyә, o biri isә başını masanın altına soxub
pişik kimi miyoldamağa başladı. Remo, deyәsәn, bunu görmürdü,
ya da özünü belә göstәrirdi. O artıq üçüncü mahnıya keçmişdi,
amma qonşu masada gülüş sәslәri vә miyoldama davam
etdiyindәn mahnını yarımçıq kәsmәli oldu, özü dә әdәblә
bildirdi:
– Daha bәsdir, yaxşısı budur, elә buradaca qurtarım.
Amma bu yerdә Sirio, ona dәxli olmasa da, qәfildәn işә
qarışıb müdaxilә etdi:
– Yox, sәn oxu… Nadan, tәrbiyәsiz adamlara fikir vermә…
Oxu!
Bunun ardınca, sanki siqnal verilmiş kimi, qırmızı sviterli
bәstәboy, kürәn, buruqsaç bir cavan masa arxasından qalxıb
Sirioya yaxınlaşdı, tәmkinlә soruşdu:
– O nadan, tәrbiyәsiz dediyiniz adam kimdir, görәsәn?
Sirio çox öfkәli adamdır, heç kәsdәn qorxan deyil.
– Elә siz hamınız! – o, kürәnin birbaşa üzünә söylәdi.
– Belә de! Niyә ki? Axı biz restorandayıq… Bura ictimai
yerdir, kefimiz nә istәyirsә, edә bilәrik.
– Elә biz dә kefimiz istәyәni edirik… Buna görә dә әrz
edirik ki, o masanın arxasında oturan sizin hamınız nadansınız,
hamınız da çox pis tәrbiyә görmüsünüz.
Bu arada restoran sahibiylә aşpaz vә kürәnin iki dostu
yerlәrindәn qalxıb bizә yaxınlaşmışdı. Bizsә öz masamızın
arxasında elәcә oturmuşduq.
Kürәn hiddәtlә bağırdı:
– Sәn kimsәn axı? Sәnә nә lazımdır? Bilmәk olarmı nә
istәyirsәn?
Bu sözlәri deyә-deyә o, әlini irәli uzadıb Sirionun qal-
stukundan yapışmaq istәdi.
– Çәk әlini, çәk deyirәm sәnә! – Sirio hirslә yerindәn
qalxıb, rәqibiylә burun-buruna dayandı, kürәnin әlini kobud
378