Page 389 - alberto moravia_Макет 1
P. 389

Təlx ovqat

             Hamısı da xam xәyal! Gerçәkdә onların hamısı mәndәn
          qüvvәtlidir. Mәnim gücüm, olsa-olsa, uşağa çatar. Özü dә
          baxır uşaq nә uşaqdır, rastına hansından çıxacaq, hansı yuvanın
          quşudur. Yoxsa bilmәzsәn, gedib davakarına ilişәrsәn, kәllәni
          qarnına elә tutuzdurar ki, adın da yadından çıxar.
             Bәdbәxtliyә bax ki, işim dә çox namünasib işdir. Kafedә
          ofisiant işlәyirәm. Ofisiant isә lap dünya dağılsa da, gәrәk
          hәmişә nәzakәtli olsun, özünü qanacaqlı aparsın. Ofisiant
          üçün әdәb-әrkan – qoltuğunda hәr zaman hazır saxladığı
          salfet, yaxud, belә deyәk, üstünә stәkanları yığdığı mәcmәyi
          kimi bir şeydir; bir sözlә, onun işgüzar alәtidir. Deyirlәr,
          ofisiantların ayağı qabar bağlayıb. Әslindә, mәndә qabar-filan
          yoxdur, amma bunu hәr an duyuram – hәr dәqiqә özümü elә
          hiss elәyirәm ki, elә bil müştәrilәr elliklә ayağımı basıb,
          qabarımı tapdalayırlar. Hәssaslığım o dәrәcәdәdir ki, hәr
          iraddan, hәr kobud sözdәn, az qala, divara dırmaşmağa hazıram.
          Bu azmış kimi, işә bax ki, hәlә üzümә xoş tәbәssüm vermәli,
          baş әyib tәzim etmәli, gülümsәmәli, ayaqlarımı bir-birinә
          sürtmәliyәm. Çәtindir, bacarmıram… Mәndә әsәb tutması
          başlanır, bu da onun әlamәtidir ki, ödüm daşır. Bizim ofisiantlar
          xasiyyәtimә yaxşı bәlәddir, üz-gözümün әyildiyini görәn kimi,
          o dәqiqә deyirlәr:
             – Ey, Cici, sәn nәsә özündә deyilsәn… Xәtrinә kim dәyib?
             Ümumiyyәtlә, – nәyini deyәsәn! – әlә salıb, mәzәlәnirlәr.
             Lakin hәrdәn bu öcәşkәn vә dalaşqan ovqatım üçün münasib
          yer tapmaq mәnә müyәssәr olur. Bilirsiniz necә? Mәn, adәtәn,
          camaatın çox olduğu qәlәbәlik yerlәri, mәsәlәn, hansısa
          meydanı seçirәm, xeyli müşahidәdәn sonra özümçün hansısa
          tipi gözaltı edir, bir bәhanә tapıb onu söyürәm. Tәbii ki, hәrif
          yumruqlarını düyünlәyib üstümә atılır, amma belә yerlәrdә
          hәmişә üç-dörd könüllü tapılır ki, mәsәlәyә müdaxilә elәsin,
          rәqibimin әllәrini tutub buraxmasın. Elә mәnә dә bu lazımdır:
          onu yaxşıca söyüb ürәyimi boşaldır, sonra da çıxıb gedirәm.
          Vә hәmin gün hiss edirәm ki, әmәlli-başlı yüngüllәşmişәm.


                                                              389
   384   385   386   387   388   389   390   391   392   393   394