Page 394 - alberto moravia_Макет 1
P. 394

Alberto Moravia


                Qoffredo pivәlәri verib soruşdu:
                – Nolub sәnә? Özünü pis hiss edirsәn?
                Cavab vermәdim, pivәni götürüb çıxdım.
                – Әhsәn, – düşmәnim dedi, – ofisiantlığa tamamilә
            yarayırsan.
                Amma sonra şüşәlәrә әlini vurub әlavә etdi:
                – Paho, pivәlәr ilıqdı ki.
                Әlimi şüşәlәrdәn birinin üstünә qoydum – buz kimiydi.
            Sakitcә dedim:
                – Mәn bilәn soyuqdur.
                O, әlini әlimin üstünә qoydu, elә bәrkdәn sıxdı ki, az qala,
            barmaqlarım qırılacaqdı.
                – Dedim ki, ilıqdır… Sәn dә tәkrar elә, de ki, pivә ilıqdır.
                – Pivә ilıqdır.
                – Bax belә… Get soyuq bir şey gәtir.
                – Dondurma, – mәn titrәyәn sәsimlә tәklif elәdim.
                – Yaxşı, dondurma gәtir… Amma unutma: soyuq olsun.
                Bunu deyәrkәn yenә ayağıyla mәni vurdu.
                Masa elә yerdәdir ki, bufetdәn görünür. Tәzәdәn piştaxtaya
            yaxınlaşanda, Qoffredo gülümsәyib dedi:
                – Bu odur, elәmi?
                O biri ofisiantlar da gülüşdülәr. Rәngim ağappaq idi;
            әsirdim deyә cavab vermәdim. Qoffredo dondurmaxanadan
            iki pors dondurma çıxara-çıxara dedi:
                – Bәyәm sәn deyildin onun bağrını yaran? İndi bәs nә
            gözlәyirsәn, get yaxşıca ilişdir! Göstәr öz qoçaqlığını!
                Mәn dondurmanı sakitcә götürüb masaya apardım. O, bir
            qaşıq alıb soruşdu:
                – Hә, demәli, sәn gecәyarı, saat on iki tamamda boşalırsan?..
            Bәs evә hansı küçәylә gedirsәn?
                – Klinikanın yaxınlığında yaşayıram, – dedim.
                Yalan deyirdim; әslindә, Kampitelli meydanında oluram.
                – Çox gözәl, – o, hiddәtlә nәrildәdi. – Demәli, klinikaya
            yaxınsan, sәni xәstәxanaya aparmaq asan olacaq.

             394
   389   390   391   392   393   394   395   396   397   398   399