Page 397 - alberto moravia_Макет 1
P. 397

Təlx ovqat


             Mәn qaçmağa davam edirdim, amma getdikcә sürәtimi
          qәsdәn azaldıb yavaş qaçırdım. Fyume meydanında taksi
          sürücülәri “oğrunu tut!” qışqırığını eşidib mәni dövrәyә aldılar,
          mәnsә heç bir müqavimәt göstәrmәdim vә finişә çatmış qaçışçı
          kimi addımlarımı yavaşıdıb dayandım. Polislәr özlәrini yetirdi,
          sonra kәsilәn donuz böyürtüsüylә bağıran sahib, ardınca da
          onun sәsini eşidib geri qayıtmış Qoffredo gәlib çatdı. Görәndә
          ki, polislәr çiynimdәn yapışıb, camaat isә dövrәmә yığışıb –
          Qoffredo hәr şeyi düzgün anlayıb üstümә çığırdı:
             – Cici, sәn nә oyun çıxartdın? Niyә belә elәdin?
             Mәni polis sahәsinә aparanacan imkan tapıb ona cavab
          verdim:
             – Qorxmuşdum… Xәstәxanadansa hәbsxana yaxşıdır.
             Bu vaxt kafe sahibinin pullarını artıq özünә qaytarmışdılar,
          odur ki, xeyirxah bir adam olan sahib әlüstü xahişә başladı:
             – Buraxın onu, yazığın tutması tutmuşdu…
             Mәnsә dedim:
             – Yox-yox, xahiş edirәm, mәni idarәyә aparasınız… Nә
          baş verәcәyini qәti bilmәk olmaz!


























                                                              397
   392   393   394   395   396   397   398   399   400   401   402