Page 398 - alberto moravia_Макет 1
P. 398
ALINAN İŞ DEYİL
Bilmәk istәrdim ki, niyә belә olur: qadın könlünә yatanda
onun hәtta qüsurları da gec-tez sәnә xoş gәlmәyә başlayır;
bilmәk istәrdim ki, Pina ilә hәmtay olmadığımızı çoxdan
anlasam da, nәyә görә bir-iki aya onunla evlәnmәliyәm?
Pinanın üstünlüyü zahiri görkәmindәdir. Tәzә meyvә kimi
bәrk, hәm dә incә-mincәdir. Oğlansayağı qarayanız çöhrәsi,
kişisayağı saç düzümüylә mәni hәmişә әsarәtdә saxlayır, çünki
varlığıma daimi hakim kәsilәn bir neçә vәrdişi var: yeriyәrkәn
bәdәninә kip oturan uzun әtәyinin altında ayaqlarını rәqs
edirmiş kimi tez-tez götürüb-qoyması; bayquşsayağı girdә
gözlәriylә mәni çәpәki süzmәsi, yaxud qәfildәn arxasını çevirib
“Zәnciri bağla görüm” demәsi yamanca xoşuma gәlir. Vә mәn
zәnciri çәkә-çәkә onun qarayanız boynunu, şaftalı kimi zorla
sezilәn yumşaq tüklә örtülü qarayanız çiyinlәrini görürәm. İlk
baxışda bunlar sanki xırda şeylәrdir, amma әgәr bu cür
vәrdişlәri olmasaydı, yәqin, heyranlıq sona çatardı. Daha bu
yerdә mәn heç nә elәyә bilmirәm, Pina da burasını çox yaxşı
bilir; o ki qaldı evlәnmәyә – axırda mәn onunla evlәnәcәm.
İndi dә Pinanın qüsurlarından, daha doğrusu, başlıca qü-
surundan danışaq, çünki bu, çox ciddi nöqsandır. Nöqsan
yumşaq sözdür; әdәbsiz manera, yaxud qanacaqsızlıq demәk
daha düzgün olardı. Elә adamlar var ki, onlar asta addımlarla
gәzirlәr; digәrlәri yorğa at kimi qaçır, bәzilәri isә löhrәm
yerişlә yeriyirlәr. Bax Pinanın yerişi dә löhrәmdir. Onun
davranışı elәdir ki, sanki özünü tox tutub, bu sözlәri demәk
istәyir: “Az danışıb, çox iş görmәli; mәn vaxtımı boş yerә sәrf
etmәk istәmirәm!” Maneraları isә bu tәәssüratı, az qala, yüzdә
yüz tәsdiqlәyir. Hәrdәn dә hövsәlәdәn çıxıb, qarşısındakı
maneәlәri dәf edirmiş kimi dirsәklәriylә hamını itәlәyә-itәlәyә
özünә sәrt vә köntöy şәkildә yol açır.
Mәnim maneralarımsa, әksinә, çox yaxşıdır. Özü dә
anadangәlmә belәyәm. Halbuki belә baxanda qabalıq daha
çox mәnә yaraşardı, çünki ucaboyam, buğa kimi sağlam vә
398